Paytaxtda fəaliyyət göstərən avtobuslardan birində xoşagəlməz hal yaşanıb.

60 nömrəli avtobus sürücüsü nəqliyyat vasitəsini idarə edərkən yaxınlıqda əyləşən qadın sərnişinə nömrəsini verməyə çalışıb.

Həmin vaxt avtobsuda olan sərnişinlərdən biri sürücünün bu qeyri-etik hərəkətini anbaan görüntüləyib.

Qeyd edilib ki, 99-LR-159 dövlət qeydiyyat nişanlı avtobus Bakıxanov-8-ci mikrorayon-Əhmədli-Koroğlu istiqamətində hərəkət edib.
Video şənbə günü səhər saat 09-00 radələrində çəkillib.

Şikayətçi onu da bildirib ki, bu istiqamətdə hərəkət edən sürücülər sərnişinlər üçün tez-tez belə xoşagəlməz hallara yol verirlər.

Vətəndaşlar bu marşrut xəttindəki avtobusların sürücüləri ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) dəfələrlə müraciət etdiklərini də qeyd ediblər.

Paylaş