Bakının Xətai rayonu, Nəsrəddin Tusi küçəsində piyadalar üçün quraşdırılmış işıqforların heç biri işləmir. Bu səbəbdən də piyadalar yolu keçmək istəyərkən təhlükə ilə üzləşirlər. Sözügedən yoldan mütəmadi istifadə edən piyadalar deyirlər ki, işıqforlar uzun müddətdir işləmir. Onların sözlərinə görə, bu səbəbdən də ərazidə piyadavurma halları tez-tez baş verir.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, yaxın günlərdə əraziyə baxış keçiriləcək. Problemin səbəbi dəqiqləşdirildikdən sonra həlli istiqamətində müvafiq addımlar atılacaq.

Paylaş