“Azəriqaz” İstehsalat Birliyi məhkəməyə verilib.
Qurumla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Şabran Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi edib.
Mahiyyəti istehlak edilmiş təbii qaz haqqının ödənilməsi üzrə mübahisələr olan iş hakim Günay Namazovanın icraatındadır. Hazırlıq iclası aprelin 15-də keçiriləcək.