Ruslan Əliyevin “Azəriqaz” İstehsalat Birliyinin sədri vəzifəsindən azad edilməsi yeni kadr dəyişikliklərinin anonsu sayıla bilər…

Poliqon xəbər verir ki, Ruslan Əliyevin sabiqlərin sırasına qoşulmasından sonra irəli sürülən mülahizələrə görə, proses bununla yekunlaşmayacaq və yaxın vaxtlarda daha bir neçə yüksək vəzifəli şəxs işini itirəcək.

İddia olunur ki, kadr dəyişiklikləri sadəcə növbətçi addım kimi nəzərdən keçirilməməlidir. Yəni, dəyişikliklər sıradan bir yeniləmə deyil. Proses həm də korrupsiyaya qarşı mübarizə, həm də hakim komandanın gəncləşdirilməsi kontekstində həyata keşirilir.

Bu barədə Poliqon-a danışan mənbələrdən biri qeyd edib ki, Ruslan Əliyevin işdən çıxrarılmasından sonra media onun biznesi haqqında materiallara yer verməyə başlaması da təsadüfi deyil və bu da prosesin korrupsiyaya qarşı mübarizə kontekstində həyata keşirildiyini göstərir.

Bu arada “Azəriqaz”ın keçmiş sədrinin biznesi ilə bağlı yeni məlumat əldə etmişik. Məlumatda iddia olunur ki, Gürcüstanın turzim sektorunda fəaliyyət göstərən obyektlərin 12 faizi Ruslan Əliyevə məxsusdur.

İddialara görə, hazırda Ruslan Əliyevin fəaliyyət dövrü ilə bağlı araşdırmalar aparılır.

Yeni kadr dəyişikliklərində vəzifəsini itirmək təhlükəsi ilə üzləşənlərin sırasında isə ilk sırada Sumqayıtın icra başçısı Zakir Fərəcov gəlir. Qeyd edək ki, Zakir Fərəcov karyerasına Sumqayıt bələdiyyəsinin sədri olaraq başlayıb və sonradan Abşeron rayonun başçısı kimi ölkənin əsas təsərrüfüt adamlarından biri kimi tanınıb. Lakin onun ətrafında həmişə səs-küylü korrupsiya qalmaqallları müşaiyyət olunub. 2010-cu ildən sonra Zakir Fərəcov ölkənin ən çox korrupsyalaşmış başçıları arasında ilk sıralarada yer alıb. Bu gün Abşeron rayonunda sənədsiz evlərin kütləvi şəkildə artması da onun “xidmətlərinə” aiddir. Daha sonra Sumqayıt şəhır icra hakimiyyətinin başçısı ünvanına sahib olan Fərəcov burda da korupsiya əməllərini geniş miqyasda həyata keçirib və bu barədə yerli mətbuatda da kifayət qədər məlumat yayılıb.

Mənbə Poliqon-a bildirib ki, Zakir Fərəcovun Sumqayıtda ən qalmaqallı korrupsiyası şəhərdə yenidənqurma və abadlıq işləri aparan sahibkarların milyonlarla manat vəsaitini mənimsəməsidir. Bu qalmaqal uzun illərdir ki, davam edir və ölkə rəhbərliyi dəfələrlə Zakir Fərəcovdan sahibkarların pullarını qaytarmağı tələb etsə də, Sumqayıtın icra başçısı hələ də milyonlarla manatı geri qaytarmamaqda israrlıdır. Bu üzdən də ən yaxın zamanda Zakir Fərəcovun Sumqayırtdan yola salınacağı qaçınılmaz görünür. Lakin mənbə hildirib ki, işdən azad olunduqdan sonra da Fərəcovun sahibkarların pullarının geri qaytarılması böyük sual altındadır.

Qeyd edilir ki, Sumqayıtda böyük korrupsiyalar baş verdiyinə görə Zakir Fərəcovun fəaliyyətinin geniş şəkildə araşıdırılması gözlənəlir.

Yeni kadr islahatında vəzifəsini itirəcək digər vəzifə adamının isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun olacağı güman edilir. Mənbə qeyd edib ki, son illlər Saleh Məmmədov işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərir və əslində Məmmədovun fəaliyyəti elə də neqativ qarşılanmır. Lakin Saleh Məmmədovun həddindən artıq böyük sərvətə sahib olması hakimiyyət üçün artıq problemə çevrilib.

Oliqarxiya dönəminin artıq geridə qaldığını xatırladan mənbə bildirib ki, Saleh Məmmədov hazırda ölkənin ən varlı məmurlarından biri olaraq qalıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədrinin istər ölkə daxilində, istərsə də ölkə xaricində yüzlərlə daşınmaz əmlaklara, o cümlədən xidmət və istaehsal sahələrinə sahib olması heç kimə sirr deyil. O, indi ölkənin tək-tük məmur oliqarxlarından biri hesab olunur ki, bu da hakimiyyət dairələrində narahatlıq və narazılıq yaradır.

 

Saleh Məmmədovun özünün böyük sərvətini məhz dövlət sayəsində qazandığı da heç kimdə şübhə doğurmur və buna görə də onun da tez bir zamanda yola salınacağı istisna olunmur.

 

Yola salınacaq vəzifəli şəxslərin atasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun da adı çəkilir.

 

Bəzi iddialara görə, Əzizovun fəaliyyəti qənaətbəxş hesab edilmir. Eldar Əzizov Bakıya rəhbərlik etməyə başlanadan sonra şikayətlərin artıdığı qeyd edilir. Bu isə artıq onunla vidalaşmağı şərtləndirən amilə çevrilib.


Eldar Əzizov artıq 6 ildir paytaxta rəhbərlik edir. Onun icra başçısı kimi karyerası isə 24 ili əhatə edir. O, ilk dəfə 2000-ci ildə Nizami rayonun icra başçısı təyin edilib. Daha sonra Gəncə, Sumqayıt kimi iri şəhərlərə rəhbərlik edib.

 

Qeyd edək ki, yeni kadr islahatlarının daha geniş kontingenti əhatə edəcəyi gözlənilir və ona görə də mövzunu davam etdirəcəyik.

Paylaş