2023-cü ildə Hesablama Palatası 8 nəzarət tədbiri üzrə Baş Prokurorluğa, 1 nəzarət tədbiri üzrə isə Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) müraciət edib.
Korrupsiya.az xəbər verir ki, bu barədə Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatda bildirilir.
Sənədə əsasən, Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyinin (TƏBİB) Sumqayıt Tibb Mərkəzinin (1), Təhsil Nazirliyinin tabeliyindəki Naxçıvan Dövlət Universitetinin (2), Gənclər və İdman Nazirliyinin (3), ləğv edilmiş Bakı Nəqliyyat Agentliyinin (4), Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin (5), Mədəniyyət Nazirliyi yanında Kino Agentliyinin (6), TƏBİB-in Gəncə Şəhər Birləşmiş Xəstəxanasının (7), “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (8) fəaliyyətində aşkar olunmuş nöqsanlarla bağlı Baş Prokurorluğa, Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətində aşkar olunmuş nöqsanlarla bağlı isə DTX-ya müraciət olunub.