Korrupsiya.az informasiya agentliyi xəbər verir ki, bu sözləri  Elm və təhsil naziri Emin Əmrullayev deyib.

“Bizim müxtəlif müsabiqə qaliblərimizin böyük hissəsi dünyanın ən aparıcı universitetlərinə qəbul olur. Təkcə ötən il 40-dan çox məktəblimiz dünyanın TOP universitetlərindən qəbul alıb. Hədəfimiz hər bir bölgə və rayonda fizika-riyaziyyat və kimya-biologiya təmayüllü liseylərin sayının artırılmasıdır. Həmkarlarımızla bu istiqamətdə müzakirələr aparırıq. Hər il 2-3, gələcəkdə isə daha çox sayda bu tip liseyin açılmasını təmin edəcəyik”.

Paylaş