Ali Məhkəmədə Suriyada qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən Fəzail Vəlizadənin barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.
Korrupsiya.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
Xatırlatma: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 avqust 2015-ci il tarixli hökmü ilə o, 13 il müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən məhkum buraxılmış apellyasiya şikayəti vermə müddətinin bərpa olunması ilə bağlı vəsatətlə məhkəməyə müraciət edib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 avqust 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair vəsatət rədd edilib. Daha sonra təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək məhkəmənin qərarının ləğv edilməsini, apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsini xahiş edib. Şikayət təmin edilməyib.
Qeyd: Vəlizadə Fəzail Etibar oğlu 2014-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən İŞİD terrorçu təşkilatının fəaliyyətində iştirak ediblər.
O, 2015-ci ilin aprelində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş antiterror tədbirləri nəticəsində saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.