Musiqisi: Nikol.P

Söz: Etibar Hüseynov

Tək kriminal deyil, elə bir sıra siyasi mövzularda da ara-sıra “Stokholm sindromu” deyilən bir termin işlədilir. Bir qədər lakonik ifadə etməli olsaq bu terrorçular tərəfindən girov (və ya əsir, hətta zorakılığa məruz qalmış ) götürülmüş şəxslərin gözlənilmədən həmin terrorçunun müdafiəçisinə çevrilməsinə, onu dəstəkləməsinə, bir çox hallarda hətta sevməsinə deyilir. İndi son zamanlar Ermənistan cəmiyyətində baş verənləri müşahidə edəndə istər-istəməz bu termini xatırladım.

Sanki Nikol Paşinyan erməniləri girov götürüb. Onlar isə yaşadıqları bütün qorxu və həyacanın fonunda bu “terrorçu”nu həm də sevirlər. Ancaq bu “sevgi” könüllü deyil, məcburidir- onlar buna məhkumdur. Çünki ermənilər tarix boyu bu qədər biabırçı məğlubiyyət, müharibə fəlakəti yaşamayıb. İlham Əliyev istər Prezident kimi həm siyasi-diplomatik müstəvidə öz peşəkarlığı və intellektual səviyyəsi ilə, istərsə də Ali baş komandan kimi müharibə meydanında öz professional ordusu ilə Paşinyanı və onun timsalında erməni xalqını diz üstə qoya bilmişdi. Ona görə də bu yaşadığı “cəhənnəm”in bir daha təkrarlanmaması üçün ermənilər Paşinyanı sevməyə məhkumdurlar. Ona nə qədər nifrət bəsləsələr belə. Yəni əsl “Stokholm sindromu”. Bu yazını ayrı-ayrı zaman kəsiyində yazmaq istəmişəm. Amma 24 aprel – “Milli matəm günü” Yerevanda baş verənləri izllədiklərim bu fikrimi qətiləşdirdi.

Müharibə adı gələndə qadın paltarı geyinməyə, hətta Yerevanın az qala mərkəzində rəsmi şəkildə təsis olunmuş “LQBT akademiyası”na üzv olmağa hazır olan kəslər, yenə də ənənəvi olaraq Azərbaycan-Türkiyə bayraqlarına od vurub yandırdı. Paytaxt prospektlərində yürüş edib antiazərbaycan və antitürk şüarlar səsləndirdilər. “Milli matəm günü”ndə Sisernakaberd abidəsi başında ölkənin 1ci xanımı Anna Akopyan və azyaşlı qızına yaşadılan stress isə heç bir çərçivəyə sığmır. Bütün bu mənzərəni müşahidə edərkən etiraf edim ki, ilk dəfə idi ki, bir insan olaraq mənim, Annaya, qızına, eləcə də Nikola yazığım gəldi. Özlüyümdə bir “İspan xəcaləti” yaşadım.Mən əminəm ki, nə vaxtsa ermənilər, uydurulan tarixi nağılllardan qurtulub ağıllanacaq, və məhz onda da Nikol Paşinyana Yerevanın mərkəzində möhtəşəm bir abidə ucaldacaqlar. Onlar nəhayət anlayaqcaq ki, Nikol onları yuvarlandıqları bataqlıqdan, artıq bir addımlığında dayandıqları uçurumdan xilas edib, bir xalq kimi məhv olub silinməkdən qurtaran birisidi.

Bu gün erməni cəmiyyətindəki çoxluq (bəlkə də azlıq) bunu dərk edir. Amma məlum səbəblərdən dilinə gətirib etiraf etməkdən çəkinir. Nə vaxtsa yerdə qalan “ən böyük” və “ən qədim”lik xəstəliyindən qurtulmüş kəsim də bunu anlayacaq. Hələlik isə üzdə olan budur ki, ermənilər müharibədən hamılıqla qorxur və Nikolu da məhz buna görə sevməyə və dəstəkləməyə məhkumdur ki, o müharibəyə getməsin. Və Paşinyan da bunu yaxşı bilir. Ona görə də ehtiyatla da olsa düzgün bildiyi hədəflərə doğu cəsarətlə addımlamaqdan çəkinmir. O yaxşı bilir ki, gec-tez “millətçilik” xəstəliyinə mübtəla olmuş erməni cəmiyyəti onu anlayacaq.

Düzünü desəm bir azərbaycanlı olaraq deyil, müstəqil tərəf kimi yanaşanda, mən Nikol Paşinyanı sözün əsl mənasında bir cəngavər, vətənini fanatik dərəcəsində sevən bir patriot hesab edirəm. Diqqət edin: adam az qala bütün erməni cəmiyyətinin, diasporasının fikri ilə barışmayıb, axının əksinə üzür. Bu yolda tək özü deyil, bütövlükdə ailə üzvlərinə qarşı olan nifrət və təxribatlara da dözür. Bu gün Paşınyanı heç kəs sevmir- nə ermənilər, nə də ki dörd bir yanı. O, az qala bütün dünyaya qarşı çarpışır. Bir tərəfdə onu sevən Xalqı və möhtəşəm ordusu olan peşəkar siyasət ustası İlham Əliyev, digər tərəfdə isə ona nifrət və ironiya ilə baxan dünya. Razılaşın ki, asan deyil. Kim olsa idi bu qədər basqı və təzyiqlərə tab gətirməyib, çoxdan istefa verib aradan çıxardı.

Amma Paşinyan bunu etmir. Hətta istəsə belə edə bilməz. Çünki o günü bu gün belə, azacıq da olsa büdrəsə, “xəstə”liyə düçar olmuş erməni cəmiyyəti, onu və ailəsini parça-parça edər.

Əslinə qalanda hazırkı vəziyyətində onun qaçıb getməyə, bəd ayaqda üz tuta biləcəyi fərli-başlı bir ünvan da yoxdu. 3cü-5ci ölkələrə getsə isə, erməni hakimiyyəti və ya diasporası onu tapıb gətirib “vətən xaini” kimi mühakimə edəcək. Ona görə də bəd ayaqda Paşinyanın üz tutacağı bir ünvan var- Azərbaycan. Bəlkə də dediklərim çoxlarına bir qədər təəccüblü və ya ironik görünəcək; amma mənim anlamımda bu gün Ermənistanda hansısa gözlənilməz, spontan hadisələr baş versə, onda inanın ki, söylədiyim kuryoz həqiqətən də baş verə bilər. Etiraf edək ki, nə qədər qəzəbli olsa da Azərbaycan cəmiyyəti Nikola, Ter-Petrosyan, Koçaryan, Sarkisyan qədər nifrət və aqressiya ilə baxmır. Xalq arasında hətta ona zarafatca “bizim adamdı” da deyilir. Nikola mahnılar, meyxanalar, lətifələr də qoşulub. Bunu hətta Prezident İlham Əliyevin də timsalında sezmək olar. Onun Koçaryan və Sarkisyanla bağlı çıxışlarındakı ritorika, Paşininyana münasibətdə çox fərqlidi. Hətta müharibənin ən qızğın vaxtlarında belə İlham Əliyev Paşinyan haqda istehza ilə danışıb. Onun “nə oldu, Paşınyan?” deyimi “xalq yaradıcılığı”nın bir hissəsinə çevrildi.

Rəsmi görüşlərədə belə İlham Əliyev Paşınyanın çıxışlarını həmişə xüsusu ironiya ilə dolu bir mimika ilə dinləyib. Bu mimikanı nə qədər gizlətməyə çalışsa belə.

Bütün bunlar isə istər Xalq, istərsə də Prezidentin Nikol Paşinyana digər erməni rəhbərlərinə nisbətdə daha fərqli, bir qədər yumşaq və loyal münasibətindən irəli gəlir. Çünki Köçəryan və Sarkisyandan fərqli olaraq Nikol Azərbaycan torpaqlarını işğal etməyib, əli onun xalqının qanına batmayıb. Hətta oğlunu belə 44 günlük müharibəyə yollamadı. Amma istəsəydi bunu ən azından görüntü xatirinə, yani “gözdən pərdə asmaq” üçün, edə də bilərdi. Amma etmədi. O, düşdüyü ən ağır situasiyalarda belə digər sələflərindən fərqli olaraq, bircə dəfə də olsun Azərbaycan xalqı və ya Prezidenti barədə hansısa izhehza və ya aşağılayıcı ifadələr işlətmədi. Siyasi platformalarda İlham Əliyevin qarşısında dəfələrlə gülünc vəziyyətə düşən Nikol “kişilənib” bircə dəfə emsosional halda, pafosla: ” Qarabağ Ermənistandır və nöqtə” deməyi isə ona çox baha başa gəldi

***
Bütün bunlardan çıxış edərək isə deyə bilərəm ki, bizə az qala hər həftə sürpizlər yaşadan Prezidentimizdən hər şey gözləmək olar. Ona görə də nə vaxtsa “H.Əliyev hava limanı”na enmiş təyyarənin trapında boynu bükük Nikol və Paşinyan ailəsini görsəniz heç də təəccüblənməyin. Hər zaman humanistliyi və insanpərvərliyi ilə seçilmiş İlham Əliyev, erməni millətçiliyinin güdazına getmiş minlərlə erməni kimi Nikol və ailəsinə də sığınacaq verər.

Digər tərəfdən deyəsən Paşinyan ailəsinin “Şuşada çay içərək, muğamata qulaq asmaq” arzusu da var idi axı. Onu da edərik..
Və sonda. Bu gün Ermənistanda baş verənlər onu deməyə əsas verir ki, Nikol Paşinyan öz vətənini yeni üfüqlərə doğru aparır. Bu Vətən digərlərinin nağıl dünyasında olan “Böyük Ermənistan” kimi xəstə təxəyyül məhsulundan ibarət deyil; realist, müasir, sağlam düşüncəyə sahib erməni vətəndaşlarından ibarət “Yeni Ermənistan” qurmaqdır. Və bu bir başlanğıc.
Mədəniyyət səhnələrində böyük tamaşaların startında üvertüra (frans.başlanğıc) səslənir. Bu üvertüranın sədaları altında böyük səhnəyə atılmış Paşinyan, əgər büdrəməsə Ermənistan tarixində əbədi qalacaq.

Paylaş