Kolumbiya İsraillə diplomatik əlaqələri dayandırıb.

Korrupsiya.az xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti Qustavo Petro Əmək Günü münasibətilə keçirilən yürüşdə çıxışında deyib.

O, bu qərarın İsrailin Qəzzadakı əməliyyatları ilə əlaqələndirib:

“İsrail dövləti ilə diplomatik əlaqələr kəsiləcək. Fələstin məhv olarsa, bəşəriyyət məhv olar və biz onun məhv olmasına imkan verməyəcəyik”.

Paylaş