ABŞ Prezidenti Cozef Bayden Azərbaycanla Ermənistan arasında sülhün təmin edilməsinə yönəlik addımlarını alqışladığını bildirib.

 

Korrupsiya.az-ın umatına görə, Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda Cozef Bayden Azərbaycanın müstəqilliyinin qeyd edildiyi bu bayramda ABŞ-nin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha təsdiq etdiyini bəyan edib:

 

“Biz Azərbaycan və Ermənistanın davamlı və ləyaqətli sülhün təmin edilməsinə yönəlmiş addımlarını alqışlayırıq və bu səyləri dəstəkləməyə hazırıq”.

Paylaş