Bakıda intihar hadisəsi baş verib.
Hadisə Nizami rayonu ərazisində qeydə alınıb.
2001-ci il təvəllüdlü Orucov Yaftum Yaşar oğlu özünü 16-cı mərtəbədən atıb.
Bu zaman o, həyətdə olan 1972-ci il təvəllüdlü Məmiyev Namiq Abı oğlunun üzərinə düşüb.
Onların hər ikisi hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
APA