Finlandiya ölkənin Baltik dənizindəki ərazi sularını qorumaq üçün özüyeriyən artilleriya sistemləri əldə etməyi planlaşdırır.
Korrupsiya.az xəbər verir ki, bu barədə “Defence News” nəşri məlumat yayıb.
Qeyd olunur ki, hərbi texnikanın alınmasına nəzarət edən Finlandiya logistika komandanlığı müqavilənin dəyərini açıqlamadan mövcud maliyyə imkanlarından asılı olaraq 20-yə qədər artilleriya sisteminin alınması üçün tender elan edib.