“ABC-Telecom” MMC və “Azərbaycan Avtomobil Evi” MMC arasında məhkəmə çəkişməsi davam edir.

 

Korrupsiya.az-ın xəbərinə görə, “ABC-Telecom” Azərbaycan Avtomobil Evi” ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

 

Mahiyyəti ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə vurulmuş zərərə görə məsuliyyət üzrə mübahisə olan iş hakim Vüsalə Baxışovanın sədrliyi ilə araşdırılacaq.

 

Qeyd: “ABC-Telecom” “Kontakt Home” əmtəə nişanının sahibi, “Azərbaycan Avtomobil Evi” isə “Changan” avtomobillərinin Azərbaycanda rəsmi distribütorudur.

 

Paylaş