Murad Qafarzadə ABŞ ın “Oglethorpe University” nin Astrofizika fakultəsinə qəbul olunub. Nüfuzlu Universitet Muradın ” Mutiverse and Wormholes” haqqındaki teoriyasına görə, həmcinin Azərbaycanın gənc alimlərinin bir neçəsinin biliyini qiymətləndirərək verdikləri tövsiyyə məktubları əsasında təhsil haqqının 50%- ni öz öhdəsinə götürüb. Murad Qafarzadə həmcinin aprelin 20 – də ADA universitetində ingilis dilində ” Qaradəlik və kainat ” haqqında seminar keçirib.

Əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş xaricdə təhsil ənənəsi bugün də ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Maddi imkanı olmadığına görə Murad Qafarzadənin adıçəkilən universitetdə təhsil alması müəyyən qədər çətinliklər yaradır.

Murad Qafarzadə Analoq.az vasitəsilə ölkə başçısı İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci Vitse prezidenti Mehriban Əliyevaya müraciət ünvanlayıb.

Analoq.az həmin müraciəti təqdim edir :

Paylaş