Baş prokuror Kamran Əliyev yeni təyinatlarla bağlı əmrlər imzalayıb.

Baş prokurorluğun Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Toğrul Muxtarov Bakı şəhər prokurorunun müavini vəzifəsinə təyin olunub.

Toğrul Muxtarov bu təyinata qədər Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsində işləyib. 

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Füzuli hərbi prokuroru vəzifəsini icra edən Elçin Hacıyev ikinci səlahiyyət müddətinə həmin vəzifəyə təyin edilib.

Bizim.Media

Paylaş