Azərbaycan banklarının 2024-cü ilin birinci yarısı üçün xalis mənfəəti açıqlanıb.

Azdin.az xəbər verir ki, ilk yerdə 172 milyon 391 min 900 manat gəlirlə Azərbaycan Beynəlxalq Bankı qərarlaşıb. ABB ötən ilin eyni dövrü ilə müqayisədə (164.037.620) 8 milyondan çox xalis gəlir əldə edib.

Ən çox qazananlar Paşa Bank, Kapital Bank olsa da, ötən illi müqayisədə daha aşağı nəticə göstəriblər. O cümlədən Bank of Baku 6 milyon az qazanıb.

Ciddi itki ilə AFB Bank üzləşib. Bankın gəliri cəmi 634 min 240 manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə (5.494.650) 5 milyona yaxın azdır.

Bank VTB 4.720.000 manat əldə edib ki, bu, ötən illə müqayisədə (5.747.000) 1 milyondan çox azdır.

 

Paylaş