Hazırda Bakıda 35 minə yaxın taksi fəaliyyət göstərir.

 

Bunu Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bu gün keçirilən brifinqdə deyib.

 

O bildirib ki, əvvəl Bakıda 67-70 min taksi fəaliyyət göstərirdi.

 

“Taksi sahəsində aparılan tənzimləmələrdən sonra elektron sistem üzərindən əldə etdiyimiz məlumata görə 35 min taksi fəaliyyət göstərir. Taksi sahəsində tənzimləmələr davam etdiriləcək”, – deyə o əlavə edib.

Paylaş