Anasını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.

 

Qaradağ rayon prokurorluğundan verilən məlumata görə, iyulun 20-də saat 07 radələrində Qaradağ rayonu Ümid qəsəbəsi ərazisində 1967-ci il təvəllüdlü Aybəniz Şükürovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Araşdırmalarla 1991-ci il təvəllüdlü Kamran Şükürzadənin şəxsi münasibətlər zəminində anası Aybəniz Şükürovanı bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisədən sonra könüllü olaraq polisə təslim olan Kamran Şükürzadə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Paylaş