Bakıda 17 yaşlı gənc oğlanın elektrik cərəyanının vurması nəticəsində həlak olmasının bəzi detalları məlum olub.
Belə ki, hadisə Xətai rayonu, Qədir Məmmədov küçəsində baş verib.
Belə ki, Elmir Qəhrəmanov adlı şəxs sözügedən ərazidəki 245 saylı tam orta məktəbin həyətinə keçmək üçün dəmir barmaqlıqlara dırmaşıb. İşıq dirəklərinə toxunan zaman isə onu elektrik cərəyanı vurub.
Sakinlərin sözlərinə görə, bu ərazidə baş verən üçüncü cərəyan vurma hadisəsidir:
“Mərhum qardaşını axtarırmış, onu tapa bilmədiyinə görə, məktəbin həyətinə keçmək istəyib. Hava qaranlıq idi, beş dəqiqə orada qalıb, heç kim görməyib. Hamı elə bilib ki, oturub orada. Kömək etmək istədik, amma artıq gec idi”.
Ətraflı Baku TV-nin süjetində: