Adına 5 şirkət açılıb özünün xəbəri yoxdur.
Xezerxeber.az xəbər verir ki, evinə külli miqdarda vergi borcu gələndə bu işdən xəbər tutub.
Ağsu rayonu Cəlayir kənd sakini Oruc Əzizli dələduzların qurbanı olduğunu iddia edir.

O, deyir ki, yaradılan şirkətlər tərəfindən onun adına Vergi xidmətindən göndərilən məktubda külli miqdarda borcunun olduğu qeyd edilib.
Onun iddiasına görə, bir müddət öncə şəxsiyət vəsiqəsini itirib. Bir ay müddətinə yeni şəxsiyyət vəsiqəsi alıb. Ehtimal edir ki, onun itmiş vəsiqəsindən istifadə edilib.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.
Paylaş