Rusiyanın Kamçatka vilayətində 6,1 bal gücündə zəlzələ baş verib.

Bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

“Zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən 120 km aralıda, 39 km dərinlikdə olub” – məlumatda deyilir.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

Paylaş