Cənubi Koreya yanğın təhlükəsi səbəbindən elektrik avtomobillərinin tam şarj edilməsini qadağan edəcək. Oxu.Az xəbər verir ki, bu barədə motor.ru məlumat yayıb.
Səlahiyyətlilər elektrikli nəqliyyat vasitələrinin istifadəsi qaydalarına yenidən baxılmasını istəyirlər: ictimai şarj stansiyalarında təxminən 80% şarj dayanmağa başlayacaq və akkumulyatorun doldurulma səviyyəsi 90%-dən çox olan batareyalı nəqliyyat vasitələri yeraltı dayanacaqlara buraxılmayacaq.
Qeyd olunur ki, məhdudiyyətlər bu yaxınlarda yeraltı dayanacaqda baş vermiş güclü yanğından sonra tətbiq edilir: 880 avtomobilə ziyan dəyib, 140-ı isə yanıb.
Bir ay əvvəl baş verən yanğının səbəbkarı “Mercedes-Benz EQE” olub. Həmin vaxt elektromobil heç bir səbəb olmadan alovlanıb.