Xəzərətrafı ölkələr içərisində dənizin səviyyəsinin enməsindən ən çox ziyan çəkən Azərbaycandır.
Xezerxeber.az-ın məlumatına görə, bunu Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru professor Əmir Əliyev deyib.
O bildirib ki, 1996-2023-cü illərdə Xəzər dənizinin səviyyəsi 2 metr enib. Bu müddətdə dəniz suları altından 38 min hektar torpaq sahəsi səthə çıxıb.
Alim bildirib ki, Xəzər dənizinin səviyyəsi son 100 ildə 3 dəfə kəskin dəyişib. Dənizin orta illik səviyyəsi 1930-1977-ci illərdə 3,2 metr enib, 1978-1995-ci illərdə isə 2,5 metrə qədər yüksəlib. Onun sözlərinə görə, Xəzərdə suyun səviyyəsi hazırkından 1.5 metr də aşağı düşərsə, ciddi ekoloji problemlər yaşana bilər.
Qeyd edək ki, hazırda əhalinin yarıdan çoxu və sənaye potensialının isə 80 faizə qədəri Xəzərsahili ərazidə yerləşir.

Paylaş