1. Yeniyetmə idmançı yarışda  daxili qoşunların Vətən müharibəsində şəhid olan əməkdaşlarının xatirəsi üçün döyüşüb. O, qələbəsini xüsusi təyinatlı, şəhid Türkay Həsənliyə ithaf edib. O, T.Həsənlinin qəhrəmanlıqlarla dolu həyat və döyüş yolunu özü üçün istinad nöqtəsi kimi qəbul edərək  qələbəsini məhz onun əziz xatirəsinə həsr edib. Uşaqlar,  yeniyetmələr, gənclər və qazilər arasında keçirilən klublararası və filiallararası yarışda əzmli qələbə qazanan O.Borcəli idmanın inkişafına göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Məlumdur ki, ölkəmizdə idmanın inkişafına dövlət diqqət və qayğısı geniş vüsət alıb, bunun nəticəsində idmançılarımız bir sıra yerli və beynəlxalq turnirlərdə əzmli qələbələr qazanıblar.  İdman Azərbaycan bayrağının ucalarda dalğalanması, eləcə də sülh və barış üçün vasitədir. Bu vasitədən istifadə edən azərbaycanlı idmançılar ölkəmizin idman şərəfini daim əzmlə qoruyurlar. Bu yolda qazanılan uğurlarda müxtəlif dövlət qurumlarının, ayrı-ayrı şəxslərin xüsusi xidməti var.

  1. Budəfəki yarışın təşkilində və keçirilməsində xüsusi rolu olanlar sırasında Daxili İşlər Nazirliyi,  Dövlət Təhlükəsizliyi Xidməti, Gənclər və İdman Nazirliyi də var. Bu qurumların hər biri yarışın təşkilində xüsusi fərqlənib. Bundan başqa, Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, AZAL prezidenti Samir Rzayev, Azərbaycan MMA və Qrapplinq Federasiyasının prezidenti Azad Əsgərov,  Azərbaycan  Valetudo İdmanı İctimai Birliyinin prezidenti Samir Hüseynov və vitse prezidenti Rəşid Rəşidli yarışın əsl idman əhval-ruhiyyəsində təşkili üçün xüsusilə  səy göstərib. Onların hər birinə, yarışın təşkilində göstərdikləri dəstəyə görə adıçəkilən dövlət qurumlarına xüsusi təşəkkür edirik.

Paylaş