Bu ilin ilk 9 ayında Azərbaycanda muzdla çalışan işçilər arasında ən yüksək əmək haqqını xam neft və təbii qaz hasilatı sahəsinə işləyənlər alır.

Korrupsiya.az Yeniavaz.com-a istinadən bildirir ki, açıqlanan rəsmi məlumatlara görəi, bu sahədə işləyən muzdlu işçilər ayda orta hesabla 3 min 724,8 manat əmək haqqı alırlar.
Qeyd edək ki, ay ərzində 2 min manatdan yüksək əmək haqqını aşağıdakı sahələrdə işləyənlər alır:

Xam neft və təbii qaz hasilatı – 3 724,8 manat

Metal filizlərinin hasilatı – 2 141,4 manat

Su nəqliyyatının fəaliyyəti – 2 231,4 manat

Maliyyə fəaliyyəti (sığorta və pensiya təminatı üzrə xidmətlərdən başqa) – 2738,5 manat

Sığorta, təkrar sığorta və pensiya təminatı – 2 920,4 manat

Mərkəzi ofislərin fəaliyyəti və idarəetmə sahəsində fəaliyyət – 3230,6 manat

Reklam fəaliyyəti və bazarın öyrənilməsi – 2 215 manat

Qumar oyunlarının təşkili və mərс çəkmək üzrə fəaliyyət – 2 504,2 manat

Paylaş