Paytaxtın iki rayonunda icra hakimlərinin dəyişəcəyi gözləntisi var
Binəqədi və Qaradağ rayon icra başçılarının yenilənməsi planlaşdırılır.
İddialara görə, Qaradağın icra başçısı Süleyman Mikayılov və Binəqədinin icra hakimi Xaləddin İsgəndərovun əvəzlənməsi nəzərdə tutulur.
Hər iki məmurun uzun müddətdir ki, icra başçısı olması və Prezident Administrasiyası tərəfindən fəaliyyətindən narazı qalması onların gedişini aktuallaşdırıb.
Qaradağın icra başçısı MTN şefi olmuş Eldar Mahmudov şəbəkəsinə ilə də işləyib. Bu rayon MTN-nin keçmiş rəhbərinin obyektlərinin çoxluğu ilə fərqlənən rayonlardan biri olub.
Keçmiş nazirin Qaradağ rayonu ərazisində bir neçə obyekti və hətta Lokbatanda 2 böyuk marketi, bir avtosalonu fəaliyyət göstərib.
S.Mikayılov Eldar Mahmudovun qüdrəti qarşısında duruş gətirməməklə yanaşı, bu xidmətin müqabilində müəyyən qədər gəlir də əldə edib.
Rayon daxilində yolların genişləndirilməsi planlarının icrası zamanı E.Mahmudovun obyeklərinə deyə biləcək zərərin qarşısının alınmasında da icra başçısı canfəşanlıq göstərib.
Belə ki, məhz Süleyman Mikayılovun tapşırığı ilə Eldar Mahmudovun obyeklərini yolların genişləndirilməsi planına düşməməsi təmin edilib.
Binəqədi rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov Prezident Administrasiyasının “qara siyahısı”na düşüb.
PA-nın vəzifədən uzaqlaşdırmağa hazırladığı icra başçılarının siyahısında X.İsgəndərovun da yer aldığı iddia olunur.
Binəqədi rayonunun əhalisi təxminən 260-270 min nəfər təşkil edir. Hökuməti narahat edə biləcək daha bir nüans isə Binəqədi ərazisində daha çox qaçqın və məcburi köçkünün məskunlaşmasıdır.
Yeri gəlmişkən, 15 nəfərin ölümü ilə nəticələnmiş yanğına görə davam edən məhkəmə proseslərində Xaləddin İsgəndərovun adı hallanır.
Binanın üzlənməsi işini həyata keçirmiş “Global Stone” şirkətlərinin təsisçisi Miryusif Mahmudov bildirib ki, binanın üzlənməsi təklifi Xaləddin İsgəndərovdan gəlib.
Əslində, yanan bina işinin bir ucu elə MTN-ə bağlanırdı ki, bu ayrı mövzunun təhlilidir, X.İsgəndərov isə həmin orta ranqlı məmurları qurban verməklə özünü həbsdən xilas etmiş oldu. Amma X.İsgəndərovun adı təkcə yanan bina işində MTN-ə qarışmadı.
Eləcə də Biləcəridə özünü icarədar məmur kimi tanıdan bələdiyyə sədri İlham Xəlilov MTN generalı Akif Çovdarova 150 min pul və torpaq bağışlamaqda gündəmə gəldi. O, ifadəsində faktı təsdiqləyib.
Beləliklə, ətrafı MTN bandası ilə əlbir olmuş, özü vergilər naziri Fazil Məmmədovun adamı kimi tanınan Xaləddin İsgəndərovun halqası daralıb.ulus.az