Ukraynanın Donetsk şəhər Azərbaycanlıları Konqresinin sədri Malik Pirverdiyevin oğlunun erməni dostlarının olduğu barədə məlumat vermişdik. Kivnews.com olaraq bildirmişdik ki, konqres prezidentinin oğlu Cəlal Pirverdiyev sosial şəbəkədə erməni dostları ilə birlikdə çoxsaylı şəkillərini paylaşıb.
Araşdırma zamanı məlum olub ki, Cəlalın ən yaxın dostları erməni əsilli Avaqyan Avak, Palyan Devid və Taşliyan Harundur.
Cəlalın dostları isə öz profillərində Donetskdə yaşamaları və Ermənistandan olmaları barədə də məlumat qeyd ediblər.

Kivnews.com olaraq apardığımız araşdırmalar zamanı məlum olub ki, Konqresinin sədri Malik Pirverdiyevin düşmənləri, onu gözü götürməyənlər az deyil. Hətta bir vaxtlar Cəlal Pirverdiyevin oğurlanması da elə-belə məsələ deyildi. Çünki yetərincə maddi imkana malik olan Malik Pirverdiyev qarşı tərəfin diqqətini cəlb etmişdi. Hətta həmin ərəfədə oğurluqda “Lotu Quli”nun (Nadir Səfərov) adamlarının əli olduğu bildirilirdi. Amma Malik Pirverdiyev mətbuata çıxaraq bu məsələni bir qədər yalanladı. Hətta narahatlıq üçün mətbuata da çox sağol dedi. Yəni Malik Pirverdiyev Donetsk şəhər Azərbaycanlıları Konqresinin sədri olmaqla yanaşı geniş imkana sahib şəxsdir. Elə bunun nəticəsidir ki, oğlu Cəlal Pirverdiyev əzəli və əbədi düşmənimiz olan ermənilərlə dostuq edir. Atasının pullarını düşmənlərimizə yedirdir. Görünür, Malik və Cəlal pirverdiyevlərin hansısa yaxın qohumu erməni gülləsinə tuş gəlməyib. Gəlsəydi, bu gün Cəlal Pirverdiyev özünə erməni dost tapmazdı.

Kivnews.com olaraq onu da xatırladaq ki, Cəlal Pirverdiyev Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Donetsk Vilayət təşkilatının sədridir.
Ermənilərlə dostluq edən Konqres sədrinin oğlu bir vaxtlar oğurlanmışdı
Ermənilərlə dostluq edən Konqres sədrinin oğlu bir vaxtlar oğurlanmışdı
Ermənilərlə dostluq edən Konqres sədrinin oğlu bir vaxtlar oğurlanmışdı

Paylaş