Mayın 3-də qanunsuz olaraq idarə etdiyi “Porsche” markalı avtomobillə 24 yaşlı qadını vuraraq öldürən biznesmen oğlu, 14 yaşlı Ağaəli Fərəcovun dəbdəbəli və içki məclislərində keçən həyatından yeni faktlar ortaya çıxıb.

KORRUPSİYA.az-ın qafqazinfo-ya istinadən verdiyi məlumata görə, A.Fərəcov uzun müddətdir davam etdirdiyi bu “fəaliyyəti”ndə “avtoş”luq, qəlyan çəkmək və spirtli içkilər qəbul etmək əsas yer tutub.

Qeyd edək ki, Bakının Sabunçu rayonu ərazisində Bakıxanov qəsəbəsindən metronun “Neftçilər” stansiyası istiqamətinə gələn yolda tanınmış iş adamı Füzuli Fərəcovun oğlu Ağaəli Fərəcovun idarə etdiyi “Porsche” markalı 99-BS-999 dövlət nömrə nişanlı avtomobil Gürcüstan vətəndaşı, 24 yaşlı Xəyalə Məmmədovanı vuraraq öldürüb. Vəfat edən Xəyalə Məmmədova iki uşaq anası olub.

Yeniyetmənin gecə həyatından çəkdiyi fotoları təqdim edirik:

Paylaş