Bakıda dünəndən bəri sarı xətli zolağa daxil olan  513 sürücüyə elektron qaydada protokol yazılıb.

Məlumatı Cebhe.info-ya Bakı Şəhər Baş Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vaqif Əsədov verib.

Yol polisi rəsmisi deyib ki, bu sürücülər “hərəkət qadağandır” yol nişanının tələbini pozduqlarına görə 40 manat məbləğində cərimələniblər.

Xəbər verildiyi kimi, mayın 5-dən etibarən IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Bakıda “Oyunlar zolağı”nın çəkildiyi küçələrdə avtomobillərin hərəkəti ilə bağlı tətbiq edilən qadağa qüvvəyə minib. Belə ki, bəzi yollarda sarı xətli zolağa giriş və ya hərəkət etmək 40 manat cərimə ilə nəticələnək. Qadağa mayın 5-dən 25-dək qüvvədə olacaq. Sarı xətlə müəyyənləşdirilmiş zolaqlara yalnız IV İslam Həmrəyliyi Oyunları üçün nəzərdə tutulan nəqliyyat vasitələri və digər operativ nəqliyyat vasitələri buraxılacaq.

“Oyunlar zolağı”nın əhatə etdiyi küçələr: Neftçilər prospekti, Dövlət Bayraq Meydanından başlayaraq Bakı İdman Sarayına qədər olan ərazi, Ziya Bünyadov prospekti, Bakı Dairəvi Yolu, Salyan şosesi, Bibiheybət yolu-1, Bibiheybət yolu-2, Neftçilər prospekti, Qara Qarayev prospekti (bütün yol), Atatürk prospekti, Fətəli xan Xoyski küçəsi, Vaqif prospekti, Hənifə Ələsgərov küçəsi, Tbilisi prospekti, Əbdülvahab Salamzadə küçəsi və Böyükşor şosesidir.

 

Paylaş