Bakının Nərimanov rayon ərazisi günü-gündən eybəcərləşir

Əlişir Nəvai heykəlinin yaxınlığındakı mənzərə bunu deməyə əsas verir.

Abidin Fərzəliyevin rəhbərliyi altında getdikcə geri gedən rayonda heç bir irəliləyiş, abadlıq müşahidə olunmur.

Əksinə, əksər ərazilər zibil dağları ilə əhatələnib, həyətyanı küçələrdə antisanitariya baş alıb gedir, parklar, xiyabanlar üfunət iyi verir.

Ə.Nəvai heykəli yanındakı uşaq bağçasının havalandırma sistemi işləmədiyi üçün ətraf dəhşət qoxuyur.

Bu problemləri isə A.Fərzəliyev görmür. İcra başçısı üçün inkişaf Nərimanov parkının ətrafında məhdudlaşır.

Rayonu bərbad günə salan, küçələri, məhəllələri baxımsız olan A.Fərzəliyev yalnız qarış-qarış yer satmağı düşünür.

A.Fərzəliyevin yarıtmaz idarəçiliyi nəticəsidir ki, sənaye rayonunda zavodlar dayanıb, yüzlərlə insan böhran dövründə işsiz qalıb. Habelə, Nərimanovun ara yolları, məhəllələri bərbad vəziyyətdədir.

İcra başçısı 14 ildə bu yolları təmir etməyi ağlına gətirməyib. Nəticədə başçı ilə müavini bələdiyyədəki adamların əli ilə rayonun ərazilərini satırlar.

Abidin Fərzəliyev 14 ildir Nərimanov rayonuna rəhbərlik edir

Bu müddətdə rayondakı ərazilərin qarış-qarış satılıb. İcra başçısının müavini Şahmar İbadovun bələdiyyə üzvü olan qardaşı torpaqların satışında xüsusi fəallıq edir.

Məlumata görə, Ş.İbadov bələdiyyəyə öz yaxın qohum-əqrəbasını yerləşdirib və istəklərini reallaşdırır.

Ş.İbadovun bələdiyyə seçkiləri zamanı əvvəlcədən nəzərdə tutulan 19 adamı hər biri ayrı-ayrılıqda bələdiyyə üzvü seçilib.

Hətta o zaman siyahı mətbuatda təqdim olunub, lakin başçı müavini seçkilərə müdaxilə edib. Bundan sonra Nərimanov ərazilərini pay-püş etmək, bələdiyyənin əli ilə əraziləri satmaq asanlaşıb. Hazırda bir zavod və ya fabrik işləmir.

Belə ki, kondisioner zavodu fəaliyyətsizdir, Elektroterm Şin zavodu indi otelə çevrilib, Komvol zavodu, Ulduz zavodu, Bakmil zavod, Elektroştamp zavodu, Mərkəzi elektrotökmə və digər zavodların ərazisixarabalığa çevrilib.

Nərimanov kimi mərkəzi rayon Abidin Fərzəliyev-Şahmar İbadov arasında bölünüb. İcra başçısı və müavini paytaxtın ən strateji rayonlarından birini inhisara alıb. Onların nəzarətindən kənarda nə bir sahibkar, nə kommersiya obyekti var.

Total şəkildə rayona nəzarət edən başçı-müavin tandeminin əsas praktiki Ş.İbadovdur.

Bu iddialarla bağlı Nərimanov RİH-nin mövqeyini dərc etməyə hazırıq. ulus.az

HAKİMİYYET.AZ

başçı rayonu bu kökə salıb
başçı rayonu bu kökə salıb
başçı rayonu bu kökə salıb

Paylaş