Şikayət edən paytaxt sakinləri Bakı Nəqliyat Agentliyinə (BNA) məxsus yeni avtobuslarda nəfəskəsən istilərə baxmayaraq sürücülərin kondisionerləri qoşmaqdan imtina etməsi barədə şikayət daxil olub

İddialara görə artıq havanın temperaturu 20-25 dərəcə olmasına və avtobusun salonlarında istiliyin dözülməz həddə çatmasına baxmayaraq sürücülər sərnişinlərin tələblərinə məhəl qoymayaraq ancaq mayın 15-dən etibarən kondisionerləri qoşacaqlarını bildirib, bunu BNA rəhbərliyinin xüsusui göstərişi olduğunu deyiblər.

İddiaları yerində yoxlamaq üçün əməkdaşlarımız bir neçə istiqamət üzrə hərəkət edən İVECO markalı yeni avtobuslarda olublar. İddialar tam təsdiqini tapıb və sürücülər onların heç bir günahının olmadığını, sadəcə göstərişə tabe olduqlarını deyərək daha bir həftə dözmək lazım gəldiyini bildiriblər… (Moderator.az)

Paylaş