Azərbaycanda 15-ci bankın bağlanmasına hazırlıq gedir

İqtisadi vəziyyət “AccessBank”ın lisenziyasının ləğvini zəruri edib.

Çünki bankda kütləvi ixtisarlar baş verib. Bu barədə istiqlal.az-a bankdakı mənbələrdən məlumat daxil olub. Mənbənin sözlərinə görə, apreldə bankın 600 əməkdaşı ixtisar edilib.

İxtisarlara səbəb bankın gəlirlərinin əvvəlki illərə nisbətən qat-qat aşağı düşməsi, pullarını banklarda saxlayan şəxslərin kütləvi formada banklardan pullarını geri çəkməsi, kredit alanların kəskin şəkildə azalmasıdır.

Bankların sayının azalması prosesinin ağrısız olması üçün isə bankların müflisləşməsi deyil, konsolidasiyasının təşviq edilməsi vacibdir.

Devalvasiyadan sonra digər sahələr kimi bank sektorunda da çöküş prosesi başladı. Bəzi banklar bağlandı, bəzilər isə birləşdirildi.

Azərbaycanda bankların sayı əhalinin sayına adekvat deyil, çoxdur. Əslində bankların bağlanması və birləşməsi, sayının azaldılması daha düzgün yanaşmadır.
Çünki kapitalın təmərküzləşmə prosesi getməsə, banklar bu problemdən çıxa bilməyəcəklər.

Yaxın vaxtlarda sözügedən bankın fəaliyyətinə xitam veriləcəyi gözlənilir. Hazırda bankın 14 filialı qalıb.

İlin sonuna kimi bankın lisenziyasının geri alınması və rəsmən müflis olacağı gözlənilir. Bankın xarici təsisçiləri də artıq banka kənarda sərmayə cəlb etmək iqtidarındadır.

Beynəlxalq Valyuta Fondu (International Monetary Fund, IMF) “Regional iqtisadiyyatın inkişaf perspektivləri: Qafqaz və Mərkəzi Asiya” adlı icmalında Azərbaycanda fəaliyyət göstərən daha bir neçə bankın lisenziyasının ləğv oluna biləcəyini vurğulayıb.

Azərbaycanın bütün banklarında problem var. Sadəcə bəzilərində problem həddindən artıq, digərlərində isə hələ ki, idarə olunacaq səviyyədədir. Bunun əsas səbəbləri problemli kreditlərin həcminin artıq olmasıdır.

Elə banklar var ki, onlarda kredit portfelinin yarısını, hətta yarısından çoxunu problemli kreditlər təşkil edir.

Belə olduğu təqdirdə təbii ki, banklar yenidən kreditləşməyə başlayacaq. Bu da ümumi iqtisadi aktivliyə çox mənfi təsir göstərən əsas amillərdən birinə çevrilir.

2016-cı ildə Azərbaycanda müxtəlif səbəblərdən 11 bankın lisenziyası ləğv olunub. Hazırda Azərbaycanda fəaliyyət göstərən bankların sayı 32-dir.

Paylaş