Mayın 12-də Qafqaz Xəbər Media Mərkəzində Azərbaycana tütün məhsulları idxal etmək istəyən, lakin inhisarçıların , əsasən də Maliyyə Nazirliyinin qurduğu “Çin səddi”ni aşa bilməyən sahibkar, “Akşin-N” şirkətinin təsisçi və direktoru Nisbət Fərhadova mətbuat konfransı keçirəcək.
N.Fərhadova bu barədə Qafqazxeber.az-a bildirib: ”
21 dekabr 2015-ci ildə cənab Prezident İlham Əliyev Azərbaycana tütün məhsulları və alkoloji içkilər gətirmək üçün lisenziyanı ləğv etdi. Bu faktiki olaraq inhisarçılığın ləğv edilməsi demək idi. Ona görə də mən Prezident Adminstrasiyasına müraciət edərək Belarus Respublikasının Qrodno şəhərində yerləşən “NEMAN” tütün fabrikindən ölkəmizə tütün məhsulları gətirmək məqsədim olduğunu bildirdim. Adminstrasiyadan məni Maliyyə Nazirliyinə göndərdilər.
…Ancaq 1 ildən artıq apardığım mübarizə heç bir nəticə vermədi. Çünki Maliyyə Nazirliyi açıq-aşkar inhisarçıları müdafiə edir və nazirlik Çin Səddindən də dəhşətli bir sədd yaradaraq ölkədə azad bazarı məhv edir”.
Nisbət Fərhadova Maliyyə Nazirliyi rəhbərliyinin əməlləri barədə mətbuat nümayəndələrinə geniş açıqlama vermək, KİV vasitəsilə ölkə rəhbərliyinin məsələyə diqqətini cəlb etmək istədiyini bildirib.
Tədbirə müxtəlif KİV nümayəndələri və hüquq müdafiəçiləri, aidiyyatı qurum və tərəflərin nümayəndələri dəvətlidirlər.
Mətbuat konfransı 12 may 2017-ci il tarixdə saat 14:00-dan 15:00-a qədər “Xətai” metrostansiyasının yaxınlığı, Süleyman Vəzirov 11 D ünvanında Qafqaz Xəbər Media Mərkəzində baş tutacaq.
Əlaqə
Ünvan:
Bakı şəhəri Xətai r-nu, S.Vəzirov küçəsi ,ev 11D
Əlaqə telefonları:
(+99450) 490-21-41
(+99455) 490-21-41
(+99470) 490-21-41
(+99412) 490-21-41
E-mail:
[email protected]