HAKİMİYYET.AZ-ın  redaksiyana Sahibkar “Akşin-N”MMC-nin direktoru Nisbət xanım Fərhadova  şikayətlə müraciət etmiş və Maliyyə Nazirliyinin ona vurdugu boyük ziyanı bildirmişdir.Həmin Şikayəti nəzərinizə çatdırırıq:

Mən biznes fəaliyyəti ilə məşğul olan sahibkar xanımam. Azərbaycan Respublikasında sahibkarlığın inkşafına mane olan inhisarçılıq və diğər qanunsuz halların aradan qaldırılması, ölkəmizdə azad bazar iqtisadiyyatının təşəkkül tapması və sahibkarlığın inkşafına yardım göstərməsi ilə bağlı bütün dövlət orqanlarına Azərbaycan Respublikasının  Prezidenti tərəfindən göstəriş verildikdən, eləcə də Azərbaycan Respublikasının Prezidentinin 21.12.2015-ci il tarixli Fərmanı ilə tütün məmulatlarının və alkoqoııu içkilərin idxalına və istehsalına icazə verən xüsusi razılıqlar(lisenziyalar) ləğv edildikdən sonra təsisçisi və direktoru olduğum “Akşin-N”MMC-nə tütün məhsulunun idxalı üçün aksiz markası verilməsi xahişi ilə mənim tərəfimdən Azərbaycan Respublikası Maliyyə Nazirliyinə ərizə ilə müraciət edilmişdir və 28 mart 2016-cı il tarixdə Maliyyə Nazirinin köməkçisi A.Bayramov tərəfindən mən qəbul olunmuşam. O, bildirmişdir ki, ölkəmizdə inhisarçılıqyoxdur, hətda gizli formada inhisarçılıq mövcud olmuşdursa da, prezidentimizin son göstərişinə əsasən bütün bu hallar aradan qaldırılaraq azad bazar iqtisadiyyatı formalaşmışdır. Buna əsasən də tütün məhsulunu aldığın şirkətlə müqavilə bağlayaraq Nazitliyə təqdim et və müqavilədən sonra 5 gün müddətində sənə aksiz markası veriləcəkdir. Bundan sonra mənə məxsus olan “Akşin-N”MMC ilə Belarusiya Respublikasının “Qrodni tütün fabriki Neman”ASC arasında 1065 saylı 13 aprel 2016-cı il tarixli müqavilə bağlanmış və diğər bütün sənədlər hazırlanaraq Maliyyə Nazirliyininə təqdim edilmişdir. Bundan sonra Maliyyə Nazirliyi tərəfindən qeyri qanuni olaraq uzun müddət ərzində mənə aksiz markaları verilməmişdir və mənə göndərilmiş çoxsaylı məktublarda hər dəfə bir bəhanə göstərilərək bu müddət uzadılmışdır və sonda bu sahənin yuxarıların inhisarında olduğu və onlartərəfindən icazə verilmədiyi üçün mənə aksiz markasının verilməsinin mümkün olmadığı şifahi şəkildə bildirilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən yol verilən bu qanunsuzluqla bağlı mənim tərəfimdən verilmiş şikayətlərdən sonra Maliyyə Nazirliyi tərəfindən mənə verilmiş cavab olaraq məktubunda tütün məhsullarına tətbiq olunan aksiz markalarının 2016-cı il avqust ayının sonunda respublikaya gətiriləcəyi və bu barədə mənə məlumat veriləcəyi bildirilmişdir. Mən Maliyyə Nazirliyinin vəzifəli şəxslərinin qanunu pozaraq mənə aksiz markası vermək niyyətlərinin olmadığını, göstərilən tarixlərin isə məni aldatmaq məqsədilə göstərildiyini bilirdim. Buna baxmayaraq mə 2016-cı ilin avqust ayının axırına  kimi gözləmişəm və 30.08.2016-cı il tarixdə Maliyyə Nazirliyinin vergi siyasəti və gəlirlər şöbəsinin müdiri F.Şirinovun qəbulunda olmuşam və F. Şirinov həmin sahənin inhisarda olduğunu bildirərək mənə aksiz markaları verilməsindən imtina etmişdir.

Bildirirəm ki, inhisarçılıq mövcuddursa və bu səbəbdən aksiz markasının mənə verilməsi mümkün deyildirsə, bu mənə dərhal bildirilməli olduğu halda hansı səbəbdən müqavilə bağlatdırılaraq və bütün lazəmə sənədlər hazırlatdırılaraq mənə məxsus müəssisəni küllü miqdarda zərərə məruz qoyduqdan sonra bildirilmişdir. Maliyyə Nazirliyinin vəzifəli şəxslərinin bu qanunsuz əməli nəticəsində rəhbərlik etdiyim “Akşin-N”MMC külli miqdarda zərərə məruz qalaraq iflas vəziyyətinə düşmüşdür və fəaliyyəti dayanmışdır.

Bundan sonra Maliyyə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən yol verilən bu qanunsuzluqdan mənim tərəfimdən verilmiş şikayət əsasında Azərbaycan Respublikasının Prezidenti  Yanında Apellyasiya Şurası tərəfindən 13 saylı 12.10.2016-cı il tarixli və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Apellyasiya Şurası tərəfindən 01 saylı, 03 noyabr 2016-cı il tarixli qərarlar qəbul edilmişdir və həmin qərarlarla şikayətim təmin edilərək “Akşin-N”MMC-nə tütün məmulatlarının idxalı üçün aksiz markalarının verilməsi vəzifəsi Maliyyə Nazirliyinin üzərinə qoyulmuşdur.

Bildirirəm ki, Apellyasiya Şuralarının qərarlarıda eyni qaydada Maliyyə Nazirliyi tərəfindən qanunsuz olaraq icra edilməmişdir və mövcud inhisarın saxlanması və mənə aksiz markaları verilməməsi məqsədilə saxtakarlıq edilərək müqavilənin ləğv edilməsi barədə saxta sənəd hazırlanıb mənə təqdim edilmişdir. Bu vəziyyətdə Maliyyə Nazirliyinin təqdim etdiyi həmin sənədin saxta olmasını və müqavilənin hüquqi qüvvəsində olmasını təsdiq edən sənəd mənim tərəfimdən əldə edilərək Nazirliyə təqdim edilmişdir. Bundan əlavə müqavilə müddətinin 2017-ci ilin axırına kimi uzadıldığını təsdiq edən yeni müqavilə bağlanaraq Maliyyə Nazirliyinə təqdim edilmişdir. Bundan sonra Maliyyə Nazirliyi tərəfindən mənə eyni qaydada çoxsaylı məktublar göndərilərək aksiz markalarının verilməsi ilə bağlı zəruri tədbirlər görüldüyü göstərilərək aksiz markaları verilməmişdir, eyni zamanda Nazirliyin qanunsuz tələbi əsasında həmin müqavilənin qüvvədə olması barədə mənim tərəfimdən “Qrodni tütün fabriki Neman”ASC-dən dəfələrlə arayış alınaraq Maliyyə Nazirliyinə təqdim edilmişdir. Bundan sonra Maliyyə Nazirliyi tərəfindən mənə göndərilmiş 13.02.2017-ci il tarixli məktubda Belarusiya Respublikasının “Qrodni tütün fabriki Neman”ASC tərəfindən Maliyyə Nazirliyinə 09.02.2017-ci il tarixli məktub daxil olduğu, həmin məktubda tütün məhsullarının satışının həyata keçirilməsi üçün müstəsna səlahiyyətin “CRESCO”MMC-yə verildiyi, digər Azərbaycan şirkətləri ilə bağlanmış müqavilələrin ləğv edildiyi və bu barədə həmin şirkətlərə bildiriş göndərildiyi göstərilmişdir. Maliyyə Nazirliyi tərəfindən mənə göndərilmiş məktubda Belarusiya Respublikasının “Qrodnı tütün fabriki Neman”ASC tərəfindən Nazirliyə göndərilmiş məktubda əlavə edilmişdir. Həmin məktubda 28.11.2016-cı ildən sonrakı tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən “CRESCO”MMC-nin adına “Qrodnı tütün fabriki Neman”ASC-nə aksiz markalarının göndərildiyi və bu səbəbdən tütün məhsullarının satışının həyata keçirilməsi üçün müstəsna səlahiyyətin “CRESCO”MMC-yə verilərək onunla müqavilə bağlandığı və digər Azərbaycan şirkətləri ilə bağlanmış müqavilələrin ləğv edildiyi göstərilmişdir.

Bildirirəm ki, “Qrodnı tütün fabriki Neman”ASC tərəfindən Maliyyə Nazirliyinə göndərilmiş və Nazirlik tərəfindən mənə aksiz markalarının verilməsindən imtina edilməsinin əsası kimi istinad edilmiş həmin məktubla vəzifəli şəxslər tərəfindən inhisarın dəstəklənərək qanunun və sahibkar xanım kimi mənim hüquqlarımın pozulduğu tam sübut olunur. Həmin məktubda “Qrodnı tütün fabriki Neman”ASC tərəfindən açıqlanır ki, heç bir müqavilə olmadan Maliyyə Nazirliyi tərəfindən 28.11.2016-cı ildən sonrakı tarixdə tez-tələsik şəkildə “CRESCO”MMC-nin adına aksiz markaları göndərilmişdir və bundan sonra həmin şirkətlə müqavilə bağlanmışdır. Nəzərə alınmalıdır ki, müqavilə olmadan aksiz markalarının göndərilməsi ciddi qanun pozuntusudur və Maliyyə Nazirliyi tərəfindən bu qanunsuzluğa yol verilərək müqavilə olmadan inhisarçı “CRESCO”MMC-nin adına aksiz markaları göndərilməsinin səbəbi onunla müqavilə bağlanmasına nail olmaqdan və mənim şirkətimin bu inhisarı pozmasına mane olmaqdan ibarət olmuşdur.

Halbuki mənim şirkətim 1 ildir ki, müqavilə bağlamışdır və mən aksiz markası verilməsi ilə bağlı 12 aydır ki, Maliyyə Nazirliyinin qarşısında hər gün növbə çəkirə\m. Maliyyə Nazirliyi isə ölkədə aksiz markalarının olmaması adı ilə, sonra isə aksiz markalarının verilməsi üçün zəruri tədbirlərin görülməsi adı ilə məni aldadaraq vaxt udmuşdur. Məlum olur ki, ölkədə adsız markaları olmuşdur, lakin Maliyyə Nazirliyi tərəfindən mənə aksiz markaları verilməmişdir və Maliyyə Nazirliyinin gördüyü zəruri tədbir vaxt qazanıb “Qrodnı tütün fabriki Neman”ASC ilə danışıqlar apararaq inhisarçı “CRESCO”MMC-nin adına aksiz markaları göndərərək onunla müqavilə bağlamasına nail olmaqdan və mənim şirkətimim bu inhisarı pozmasına mane olmaqdan ibarət olmuşdur.

Bundan əlavə Qanunvericiliyə əsasən müqavilə bağlandığı qaydada, yəni tərəflərin qarşılıqlı razılığı əsasında və ya məhkəmə qərarı əsasında ləğv edilə bilər və müqavilənin birtərəfli qaydada ləğv edilməsi qanunla qadağandır. (Mülki Məcəllənin 423.2-ci maddəsi). Mövcud vəziyyətdə “Qrodnı tütün fabrikiNeman”ASC və “Akşin-N”MMC arasında müqavilənin ləğv edilməsi barədə ikitərəfli razılaşma və ya müqavilənin ləğv edilməsi barədə məhkəmə qərarı yoxdur. Beləliklə müqavilənin birtərəfli qaydada ləğv edilməsi barədə məlumatın hüquqi qüvvəsi yoxdur, bu məlumat müqavilənin xitamına səbəb olmayır və “Qrodnı tütün fabriki Neman”ASC ilə “Akşin-N”MMC arasında bağlanmış müqavilə hüquqi qüvvəsindədir.

Bununla da  dövlət orqanınımn vəzifəli şəxsləri tərəfindən inhisarın saxlanması məqsədilə qanunsuzluğa yol verilərək müqavilə olmadan inhisarçı “CRESCO”MMC-ninh adına aksiz markaları göndərilərək onunla müqavilə bağlanmasına nail olunması və hüquqi qüvvəsi olmayan müxtəlif bəhanələr göstərilərək Apellyasiya Şurasının qərarlarının icra edilməyərək “Akşin-N”MMC-nə aksiz markalarının verilməsindən imtina edilməsi qanunsuzdur və sahibkar xanım kimi mənim hüquqlarım pozulmuşdur.

Bildirirəm ki, Maliyyə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən Apellyasiya Şurasının qərarlarının qeyri qanuni olaraq icra edilməməsi ilə bağlı mənim tərəfimdən məhkəməyə müraciət edilmişdir. Məhkəmənin 07.04.2017-ci il tarixli qərarlarında Apellyasiya Şuralarının qərarlarınıən qüvvədə olduğu, həmin qərarların birmənalı şəkildə icra edilməsinin Maliyyə Nazirliyinin vəzifəsi olduğu, bu səbəbdən məhkəmə tərəfindən əlavə qərarın qəbul edilməsinə zərurət olmadığı göstərilmişdir.

Beləliklə Azərbaycan Respublikasında monopoliya mövcuddur, bu monopoliyanın arxasında çox yuxarı səviyyədə dövlət məmurları durur, hətta bu məmurlar Maliyyə naziri  S.Şərifovdan yuxarı ranqda olan məmurlardır.

Cənab nazirlər, mən    bu yoldan dönməyəcəyəm . Mən çox kasıbam və pulları borc almışam ,    vicdanınız olsun.

Mən prezidentimizin siyasətini dəstəkləyirəm və prezidentimdən kömək istəyirəm.

“Akşin-N”MMC-nin direktoru:                                              N.R.Fərhadova

YAZİDA ADI KEÇƏN ŞƏXSLƏRİN DƏ FİKİRLƏRİNİ DİNLƏMƏYA HAZIRIQ.

KORRUPSİYA.AZ

Paylaş