Nəqliyyat Naziri Ziya Məmmədov işdən çıxarıldıqdan sonra Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdi və yeni nazirlik yaradıldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradıldıqdan sonra mediada yayılan məlumatlarda qeyd olunurdu ki, Bakı Beynəlxalq Avtovağzalı yeni nazirlikdən alınaraq Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininə verilib.

Qaynarinfo.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, bir neçə gün öncə Bakı Beynəlxalq Avtovağzalı artıq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzarətinə verilib.

Bu barədə rəsmi qərar hələlik açıqlanmasa da, daxil olan məlumata görə artıq yeni avtovağzala nəzarəti tam olaraq yeni nazirlik edir.

Paylaş