KORRUPSİYA.AZ xəbər verir.Azərbaycanın iqtisadi imkanlarlarının genişlənməsində sahibkarlığın dəstəklənməsinin əhəmiyyətini hər zaman diqqətə çatdıran Azərbaycanın dövlət başçısı dəfələrlə qeyd edib ki, sahibkarlara dövlət dəstəyi artırılmalı və onların işinə əsassız müdaxilələrə son qoyulmalıdır. O həmçinin deyib ki, icra orqanları sahibkarlara kömək etməlidirlər. Onların işinə qarışmamalıdırlar. Dövlət strukturları yersiz yoxlamaları dayandırmalıdır: “Buna ehtiyac yoxdur, artıq Azərbaycanda iqtisadi islahatlar sahəsində böyük işlər görülüb, biz şəffaflığa nail ola bilmişik. Belə olan halda yersiz yoxlamalar, müdaxilələr əsassızdır. Buna son qoyulmalıdır. Əlbəttə ki, sahibkarlar dövlət və xalq qarşısında öz vəzifə borclarını şərəflə yerinə yetirməli, vergiləri vaxtı-vaxtında ödəməlidir”.
Nəzərə çatdıraq ki, bu gün doğurdan da dövlət strukturlarının sahibkarların fəaliyyətinə müdaxiləsi özəl sektorun inkişafına mane olan başlıca amillərdəndir. Sahibkarlığıninkisafını ləngidən amillərdən biri də inhisarçılıqdlr. Belə ki, ayrı-ayrı mərkəzi və yerli icra hakimiyyəti, vergi, maliyyə nazirliyi, gömrük, hüquq-mühafizə və sanitar-epidemioloji xidmət orqanları sahibkarların işinə yerli-yersiz müdaxilələr edirlər. İş məhkəmə çəkişməsi səviyyəsinə qədər gedib çatdıqda isə iqtisadi mübahisələrin həllində süründürməçiliyə yol verilir, qeyri-obyektiv qərarlar qəbul olunur. Dövlət qurumunun inhisarçılıq və yersiz müdaxiləsindən əziyyət çəkən iş adamlarından biri də “Akşin- N” şirkətinin təsisçisi və direktoru Nisbət Fərhadovadır.

.Bu gün Qafqaz Xəbər Media Mərkəzində mətbuat konfransı keçirərək aparıcı KİV -in nümayəndələrinə, hüquq müdafiçilərinə öz şikayətini çatdıran sahibkar xanım bildirdi ki, Azərbaycandan tütün məhsulları idxal etmək niyyətinin qarşısında “Çin səddi” yaradan inhisarçılıq halları, xüsusilə Maliyyə nazirliyinin yaratdıqı süni əngəllər onun işgüzarlıq fəaliyyətinə mane olur. Konfransda Nisbət Fərhadovun vəkili Tahir Xanəliyev söz alaraq,  Azərbaycanda mövcud olan inhisarçılığın sahibkarlığa yaratdıqı əngəllərdən danışdı:” Bu məsələ ilk növbədə ölkədə azad bazar iqtisadiyyatının ,qanunçuluğun olmamasının göstəricisidir. 2015-ci ilin sonunda prezident İlham Əliyev tərəfindən Azərbaycana tütün məhsulları və alkoqollu içkilər gətirmək üçün lisenziya ləğv olunub. Sahibkar Nisbət Fərhadova da ölkə başçısının bu göstərişini əsas götürərək, 2016-ci ilin aprel ayında bir iş adamı kimi Belarusiya Respublikasının Qrodno şəhərində “NEMAN” tütün fabriki ilə 5 milyon dəyərində müqavilə bağlayıb. Bütün sənədlər hazırlanıb vəMaliyyə Nazirliyinə təqdim olunub. Əlbəttə öncədən Prezident Administrasiyasına və sonra da Maliyyə Nazirliyinə bu haqda müraciət edilib. Maliyyə nazirinin müavini söz verib ki, idxalçı şirkətə kömək etmək üçün 5 gün müddətində aksiz markası verəcək. Lakin uzun müddət ərzində müxtəlif  bəhanələr göstərilərək məsələ uzadılıb. Deyilib ki, Azərbaycan Respublikasında aksız markalar yoxdur.”
Vəkil sonra əlavə etdi ki, bu cavab gülünc olduqu qədər də məntiqsizdir:”Burda söhbət bir sahibkar şirkətindən deyil, Maliyyə Nazirliyinin anormal bəhanəsindən gedir. 16 iyun 2016-ciildə nazirliyin verği siyasəti və gəlirlər şöbəsinin müdiri Fikrət Şirinov sahibkara məktub yazaraq bildirib ki, 25 mayda aksiz marka istehsal etmək üçün tender keçirilib və istehsalçı müəyyən edilib. Lakin fevral ayında artıq həmin qurumdan məktub daxil olub ki, onlara “Akşin-N” şirkətinin ölkəyə tütün məhsulları idxal etmək üçün müqavilə bağladığı “Neman” şirkətindən müraciət daxil olub. Guya bu şirkət öz məhsullarının satiş hüququnu yalnız “CRESKO” MMC –yə verib və diğər Azərbaycan şirkətləri ilə müqavilələri ləğv edib. Aydın oldu ki, “Akşin-N” üçün nəzərdə tutulan aksiz markaları “CRESKO”ya verilib. Bu isə inhisarçılıq hallarına mane ola biləcək şirkətlərin bazardan çıxarılması deməkdir.
Sonra sahibkar xanım çıxış edirək, 25 ildir biznez sahəsində çalışdığını vurğuladı. Bildirdi ki, prezidentin fərmanından sonra, 4 idxalçı şirkətdən 5-cisinin mən olacağını düşünürdüm:” Lakin deyılən haqsızliqla qarşılaşdım. Mən sentyabr ayında Prezident yanında apelyasiya şurasına üz tutdum.Qurumun mətbuat katibi Mais Piriyev bildirdi ki, sizeaksiz markaların verilməsi haqda qərar ləğv olunmayib. Oradan mənə 45 məktub daxil olub. Burada bildirildi ki, Maliyyə Nazirliyində qanun pozuntusuna yol verilib və mənə Aksiz markaların verilməsi təmin olunmalıdır. Lakin “NEMAN” şirkəti sizinlə olan müqaviləni ləğv edib. Bu halda mən sual etdim ki, axı bizə bu haqda həmin şirkətdən məlumat verilməiydi. Mən həmin şirkətə məktubla müraciət etdim. Oradan bildirildi ki, sizinlə müqavilə ləğv olunmayıb.
Mən bütün bunlardan sonra öz hüququmu tələb edərək, bildirmək istəyirəm ki, ölkədə bu məmurözbaşnılığına qarşı mübarizəmi hüquqi müstəvidə axira qədər davam edəcəyəm. Mən bu məsələdə Ölkə başçısına güvənir və ondan dəstək gözləyirəm.
Xanım sahibkar prezidentin ölkə daxili siyastətinin tamamilə və sona qədər dəstəklədiyini, lakin qanunların icrasında baş verən bu yolverilməz halların aradan qaldırılmasının vacibliyini xüsusi qeyd etdi . Eyni zamanda , mətbuat konfransında iştirak edən KİV-lərin üzərinə düşən məsuliyyətin də əhəmiyyəti vurğulandı.

 

KORRUPSİYA.AZ

İlahə Səmədova

Paylaş