Lerik rayon Təhsil Şöbəsinin müdiri vəzifəsindən azad edilib.
“Report”un məlumatına görə, şöbə müdiri Balaşirin Nəsirov işdə yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən çıxarılıb.
Məlumatda bildirilir ki, B.Nəsirovun adı korrupsiyada hallandığı üçün bir müddət əvvəl Təhsil Şöbəsinə yoxlama komissiyası gəlib.
Qeyd edək ki, B.Nəsirov işdən çıxarılaraq rayonun Mastaail kəndinə rus dili müəllimi təyin edilib.
KORRUPSİYA.AZ