Azərbaycan ikinci dəfə müstəqilliyini qazandıqdan sonra bir çox təsisatlar kimi məhkəmə sistemi də yenidən quruldu. Hakimlərin ədalətli qərar qəbul etmələri üçün hakimlərin maası qaldırıldı, məhkəmə sistemində islahatlar aparıldı. Amma məhkəmə hakimlərinin hamısının hökm çıxararkən ədalətə söykəndiyini demək olmaz. Savadlı, peşəkar hüquqşünaslarla yanaşı, sifarişli qərar çıxaranlar, müstəqil olmayan hakimlər də məhkəmə sistemində kifayət qədərdir. Ədalətsiz hökmdən narazı olaraq ümid yerini mətbu orqanlarda axtaranlardan biri də mülki hüquq pozuntusi ilə bağlı jurnalistlərə üz tutan Dadaşova Lalə Vahid qızıdır.
Qafqaz Xəbər Media Mərkəzində bu münasibətlə təşkil olunan mətbuat konfransında Lalə xanım qanundan sui-istifadə edən məhkəmə və polis qurumlarının ədalətsiz qərarlarından söz açaraq, hüququnu pozanlar haqda ölçü götürülməsini tələb etdi. 4 uşaq anasının öz həyat yoldaşı tərəfindən aldadılaraq, bütün mülkiyyətinin satılmasını və evindən çölə atılmasını eşitmək mətbuat nümayəndəsi olaraq bizim üçün də ağır idi. Belə ki, həyat yoldaşı Dadaşov Araz Məcnun oğlu xarıcı vətəndaş olduğundan onun bütün mülkiyyəti xanımının adında idi. Lakin Araz öz vətənində biznes qurmaq və müəyyən alqı-satqı əməliyyatları həyata keçirəcəyini deyərək xanımından Bakı şəhər 7-ci Notariat Kontorunun dövlət notariusu tərəfindən təsdiqlənmiş etibarnamə alıb. Lalə Dadaşovanın sözlərinə görə,  həyat yoldaşı Rusiya vətəndaşı olaraq, radikal İslamçı, vahabi dininə etiqad edən biridir. Araz həyatını radikal dini tələblər çərçivəsində quraraq bu tələblərə uyqun yaşayıb və ondan da və yalnız onun dediklərini etməsini tələb edib:” Mən öz həyat yoldaşıma inanaraq, adıma olan əmlakı bağışlanma müqaviləsi əsasında 2016-ci ilin iyun ayında onun adına keçirdim. Mən bu əmlakın özümün və ya həyat yoldaşımın adında olmasının fərqinə varmırdım. Lakin 8 avqust 2016-ci il tarixindən yaşadığımız Mərdəkan qəsəbəsindəki evimdən 4 uşaqımla birgə çölə  atıldım. Yalnız bundan sonra aldadıldığımı başa düşdüm. Yoldaşim bir necə torpaq sahəsini, mağaza kimi fəaliyyət göstərən obyekti formal surətdə sataraq, satdığı insanlardan həmin gün mülki etibarnamə alib və gələcəkdə maneəsiz əmlaklarının idarə edilməsinə nail olub. Mən 01.08.2016-ci ildə verilmiş etibarnaməni 10.08.2016-cı il tarixində ləğv etməyimə baxmayaraq, 11.08.2016-ci il tarixində Bakı şəhər 7-ci Dövlət Notariat Kontorunun dövlət notarisusu qeyd edilən əməliyyatları təsdiq etmişdir .Hesab edirik ki, Xəzər rayon məhkəməsinin hakimi Tərlan Əkbərov Araz Dadaşovun əməllərinə göz yummuş, işi ətraflı araşdırmamış və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan faktiki halları aydınlaşdırmadan birtərəfli mövqe tutaraq, qətnamələrçıxarmışdır. Xəzər rayon Məhkəməsinin qeyri-qanuni Qətnaməsindən Apellyasiya şikayəti verdiyimə baxmayaraq hakim qətnaməni qüvvədə saxladı.

Paylaş