BİR ŞİRKƏTİN ( QALANIN ) SİRRİ… YAXUD MƏTANƏT “ŞPAQAT” AÇIR

BİR ŞİRKƏTİN ( QALANIN ) SİRRİ… YAXUD MƏTANƏT “ŞPAQAT” AÇIR

Azərbaycan xalqının düşüncəsində MƏTANƏT adı daha çox “Bir qalanın sirri” filmi ilə xatırlanır.

Hər birimiz uşaq vaxtı “Bir qalanın sirri” filminə dönə-dönə baxmışıq.

Film başqasını əmlakını əlindən alan, camaatın hətta suyunu kəsən zalımdan və ona qarşı mübarizə aparan sadə insanlardan bəhs edir.

Bu mübarizədə öndə gedənlərdən biri də MƏTANƏT adlı qızdır.

Filmdə səslənən “Mətanət bajııı…” ifadəsi hər birimizin uşaq yaddaşında qalıb.

Yəni MƏTANƏT adı az qala azərbaycan insanı üçün bir simvol-rəmzidir.

“Mətanət” adlı şirkətin yaranması da insanlarda hər şeydən öncə ümid, inam yaradırdı.

Amma, atalar demişkən, kasıb ( söhbət maddi kasıblıqdan getmir !) itinin adını GÜMÜŞ qoyan kimi deyəsən bəzi şirkətlər də adın kölgəsində gizlənmək istəyirlər.

Amma müdriklər demişkən, yalanın və….ömrü 40 gündən çox çəkmir.

Amma 40 gün o zamanlar üçün idi, indi sürət əsridir, belə şeylərin ömrü 40 gün də çəkmir.

Bəli, “Mətanət” şirkəti yarananda çoxları, o cümlədən Azərbaycan vətəndaşı Fəxri İsmayılov da hesab edirdi ki, şirkətdə çalışıb halal yolla əmək haqqı alar, ailəsini dolandırar.

Amma Fəxri İsmayılov hardan biləydi ki, işə düzəlmək üçün evini girov qoymalı olacaq, halal əmək haqqını verməyəcəklər, hətta sonda “Mətanət”in sahibi Elxan Bəşirov onu polislə, prokurorla, məhkəmə ilə hədələyəcək…Onu 1 milyon cərimələtmək istəyəcək.

Bəli, sadə zəhmət adamı olan Fəxri İsmayılovun ağlına bütün bunlar gəlməzdi. Amma gəldi…

Bu məsələdə Fəxri İsmayılova nə polis, nə prokuror, nə də məhkəmə hakimi sahib çıxdı.

Həmişə olduğu kimi hər yerdən əli üzülən vətəndaşlarımız sonda ümid yeri kimi mətbuta və son illər daha çox Qafqaz Xəbər Agentliyinə üz tutur. Və bizim məqsədimiz təkcə media olaraq öz imicimizi qorumaq deyil, əsasən Azərbaycan vətəndaşının öz dövlətinə, öz Prezidentinə olan inamın qorunmasın çalışmaqdır.

Bir sözlə, uzun müddətdir Fəxri İsmayılovun hüquqlarını qorumaq üçün imkanımız daxilində çalışırıq.

Bu məsələdə təkcə Elxan Bəşirovla deyil, az qala bir çete ilə mübarizə aparırıq. Və bu mübarizədə əlimizdə kifayət qədər faktlar var: vətəndaşın evinin girov qoyulması ilə bağlı sənədlər, gəlirlərin vergidən gizlədilməsi, kisələrlə dolu satış sənədlərinin yandırılması və daha nələr…

Biz bilirik ki, bu şirkətin hələ çox sirrləri var.

Dəvəquşu başını quma soxan kimi… Mətanət-in də quyruğu gedib çıxır… keçmiş MTN-in qaranlıq dəhlizlərinə.

Amma “Bir qalanın sirri”ndə olduğu kimi Şər qüvvə geri çəkilmək istəmir. Çünki onlara dəstək verən hakim Namidar Misirzadələr də var.

Ancaq biz tam əminik ki, bu mübarizənin sonuna çox az qalıb.

Və yaxın günlərdə “Mətanət”in Azərabaycan qanunları qarşısında “şpaqat” açacağının şahidi olacağıq.

Araz Məmmədov

LEGİON

Mövzu ilə bağlı linklər:

Sən kimin əmisi oğlusan, cənab Misirzadə: Azərbaycan vətəndaşı Snequrenkonun, yoxsa erməni Simonyanın?

Cavabdeh, hakim Namidar Misirzadədən Fikrət Məmmədova şikayət etdi

Ədliyyə Nazirliyinin mətbuat katibi Xətai rayon məhkəməsinin hakimindən Məhkəmə-Hüquq Şurasına şikayət eməyi təklif edir
“Mətanət A” şirkəti ilə bağlı dəlil-sübutlar –Fotofakt 
“Mətanət A” şirkətinin “qara mühasibatlıq” sənədləri məhkəməyə təqdim olundu-FOTOSƏNƏD
 
“Mətanət A”nın daha bir sabiq əməkdaşı depozit olduğunu təsdiqlədi – FOTOFAKT
 
“Mətanət A” şirkəti jurnalistdən və sabiq işçisindən 2 milyon manat tələb edir – ABSURD
 
“Mətanət A” şirkəti Qafqaz Xəbər Agentliyindən nə istəyir?
 
“Mətanət A” şirkəti işçilərlə “girov” müqaviləsi də bağlayır?
 
Hüquqşünas “Mətanət A”nın işçisinə məhkəməyə müraciət etməyi təklif edir
 
“Mətan
ət A” şirkətinin ciddiyyət problemi-FOTOSƏNƏD 
““Mətanət A”nın keçmiş əməkdaşı öz depozitinin qaytarılmasını tələb edir”
 
““Mətanət A” mənim mənzilimi banka girov qoydu”
 
Mətanət A”nın “saxta” dediyi sənəd həqiqi çıxdı?-ARAŞDIRMA




















Paylaş