Nərimanov rayon icra başçısı Abidin Fərzəliyevin başı MTN işindən açılmır

Rayon icra başçısının adı hər dəfə MTN bandasının işi üzrə məhkəmədə müxtəlif qanunsuzluqlarda hallanır.

A.Fərzəliyevin istintaqda dindirilməs haqda müfəsəl məlumatlar olmasa da, onun adı tez-tez Eldar Mahmudov dəstəsinin işində keçir.

Bu dəfə icra başçısı Mərdəkan qəsəbə sakini Əliyev Əliəsgər Ağababa oğlunun torpaq mübahisəsində iştirakçı olub.

MTN generalı Elçin Quliyevin məhkəməsindən sitat: “Elçin Quliyev də sabiq nazirə məruzə etdikdən sonra onu yanına çağıraraq ona nazir Eldar Mahmudovun torpaq sahələrinə çıxarış almaqda köməklik etməsi üçün onun qaynı Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevə müraciət etməsini tapşırıb. Bir müddət sonra onun iş yerinə Asif adlı şəxs gələrək onun adına etibarnamə verməyini, torpaq sahələrinin özəlləşdirilməsi ilə onun məşğul olacağını bildirib. O da Elmanın adından Asifə etibarnamə verilməsini tapşırıb, həmin ərəfədə torpaq sahəsinin özəlləşdirilməsi üçün Elçin Quliyev ona 25 000 ABŞ dolları məbləğində pul vermiş və o da həmin pulu Asifə təqdim edib.
Lakin özəlləşmə üçün xərc 25000 ABŞ dollarından çox çıxmış, dəqiq olaraq nə qədər pul xərcləndiyini bilməyib və həmin pulu Abdin Fərzəliyev verib.
Abdin Fərzəliyev ona bir sot torpaq sahəsinin özəlləşdirilməsi üçün 2000, 50 sot torpaq sahəsinin özəlləşdirilməsi üçün isə 100.000 manat pul lazım olduğunu deyib. O da özü 25.000 manat pul verə biləcəyini deyərək həmin pulu Asif adlı şəxs vasitəsilə Abidin Fərzəliyevə göndərib və qalan xərcləri isə sonuncu özü çəkib”.

Ulus.Az-ın xəbərinə görə, rayon icra başçısının vəziyyəti və hakimiyyətin ona münasibəti mürəkkəbdir.

A.Fərzəliyevin MTN qruplaşması iəl daha hansı əəməllərdə şərik olduğu təftiş edilir. Onun vəzifəsindən uzaqlaşdırılacağı istisna edilmir.

Adı MTN işinə qarışmış məmurların gələcəkdə vəzifədə qalacaqlarının şübhə altında olduğunu xəbər vermişdik.

Sabiq nazir Eldar Mahmudovla bu və ya digər şəkildə işbirliyi, əlaqəsi olmuş məmurlar üçün yaxşı perspektiv vəd edilmir.

Bu günlərdə daha iki məmurun adı MTN işinə qarışıb. Gununsesi.info-nun Elçin Quliyevin ittiham aktına istinadən verdiyi xəbərə görə, məhkəmədə dindiriləcək şəxslər arasında Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin qaynı Rafiq Səfərov da var.

Məhkəmədən sitat: “Həmin torpaq sahələrinə dair sənədlərin hazırkı əraziyə otuzdurulması, yəni plan sxem çəkilməsinə görə Əmlak Komitəsinin Xəzər rayon üzrə nümayəndəsi Hacı adlı şəxs işdən çıxarılmış, nəhayət 2012-ci ildə Aydın Allahverdiyev və Əliəsgərin qardaşı Fərhad Əliyevin adına olan torpaq sahələri özəlləşdirilərək çıxarışlar alınmış, torpaq sahəsi özəlləşdiriləndən sonra özəlləşmə prosesində qaynı Abdin Fərzəliyev də köməklik göstərdiyi üçün 50 sot olan torpaq sahəsinin 3 yerə bölünərək orada ona da torpaq sahəsi ayrılaraq bağ evi tikilməsinə dair Elçin Quliyevdən razılıq alıb”.

Paylaş