KORRUPSİYA.AZ -a Lacın rayonundan vətəndaş şikayət ərizəsi ilə müraciət etmişdir.Həmin məktubun mətnini nəzərinizə çatdırırıq.
Azərbaycan Respubilkasının Prezidenti
İlham Əliyev Cənablarına
Surəti: Azərbaycan Respublikasının birinci
vitse-prezidenti Mehriban Xanım Əliyevaya
Surəti: Azərbaycan Respublikasının Maliyyə naziri
Samir Şərifov cənablarına
Surəti: Baş prokuroru yanında Korrupsiyaya qarşı
Mübarizə Baş İdarəsinin Rəisi
Kamran Əliyev cənablarına
Laçın rayon sakini hal-hazırda Ağcabədi rayon Taxta-Körpü ərazisində Şeylanlı Obasında Müvvəqəti Məskunlaşmış Xudayarov Baxşeyiş Salyan oğlu tərəfindən
ƏRİZƏ
Hörmətli Cənab Prezident bildirirəm ki,Laçın rayon təhsil şöbəsində 2005-ci ildən hazırkı dövrə kimi dövlətin 10 milyon manatandan çox vəsaiti mənimsənilib.Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı Regional Maliyyə Müfəttişliyi iki aydan çoxdur ki, Laçın rayon Təhsil Şöbəsində 12 ilin maliyyə yoxlamalarını aparır və məktəb direktorlarına yazılan cərmələri 10 saylı Regional Maliyyə Müfəttişliyinin rəisi Ədalət Nəbiyev rəsmiləşdirmir(sənədləşdirmir) korrupsiya dəftərində qeyid edir. Ədalət Nəbiyevin rəhbərlik etdiyi təftiş komissiyasının yoxladığı məktəblər yenidən yoxlanılsa? Adına Ə.Nəbiyevin korrupsiya dəftərində 110 000 manat cərmə yazıldığı dirktorun adının bu siyahıdan hansı məbləğdə rüşvət qarşılığında silindiyi aşkar olar.
Dövlət Maliyyə Nəzarəti Xidməti və10 saylı Regional Maliyyə Müfəttişliyi ədalətli şəkildə işləyərək mənimsənilən dövlət vəsaitinin 50 faizi qarşlığında yol verilən maliyyə pozuntularını üst basdir edirlər.
10 saylı Regional Maliyyə Müfəttişliyinin rəisi Ədalət Nəbiyevin rəhbərliy etdiyi yoxlama komissiyasının üzvləri orta məktəblərdə apardıqları yoxlamalar zamanı ciddi nöqsanlar aşkarlanıb ki, həmin aşkarlanmış nöqsanlar heç də qabardılmır.Ə.Nəbiyev LRTŞ-nin müdri Nicat Həsənova tapşırıq verərək yüksək məbləğdə dövlət vəsaiti mənimsənilmiş məktəblərin arxivlərini müxtəlif yolarla yox etməyi məsləhət görüb.
Cənab Prezident sizin göstərişiniz əsasında Laçın rayon Təhsil Şöbəsində Azərbaycan Respublikasının Ali audit orqanı Hesablama Palatası yoxlama aparsa yazdığım faktlar təsdiqin tapar. Tapmadığı halda qanun qarşısında cavab verməyə hazıram.
Cənab Prezident LRTŞ-dəki korrupsiya faktları və yol verilən ciddi qanun pozuntular haqqda sizə və aidiyyati orqanlara etiyim müracətlərə görə Təhsil şöbəsinin müdri Nicat Həsənov Və Laçın rayon icra başcısı Aqil Nəzərli tərəfindən mənə və ailə üzvlərimə təziqlər olunur sizdən acizyanə xahiş edirik Daxili İşlər Naziri Cənab Ramil Usubova göstəriş verəsiz mənim və ailə üzvlərmin təhlükəsizili təmin olunsun.
KORRUPSIYA.AZ OLARAQ YAZIDA ADI KEÇMİŞ HƏR BİR KƏSİN FİKRİNİ İŞIQLANDIRMAGA HAZIRIQ.
KORRUPSİYA .AZ