Bir müddət öncə Nəqliyyat naziri vəzifəsindən azad edilən Ziya Məmmədov bundan sonra uzun illərdir oğlunun rəhbərlik etdiyi “Garant Holdinq”ə rəhbərlik edəcək
Bununla bağlı informasiya anv.az-a Ziya Məmmədova yaxın dairələrdən daxil olub. Mənbənin sözlərinə görə, informasiya ictimaiyyətdən mümkün qədər gizli saxlanılır.
Keçmiş nazirin iyun ayının əvvəlindən yeni vəzifəyə başlayacağı və onun gəlişindən sonra “Garant Holdinq”in fəaliyyət sahəsini genişləndirəcəyi gözlənilir.
Xatırladaq ki, “Garant Holdinq”in tərkibində onlarla şirkət fəaliyyət göstərir. Bu sıraya inşaat məhsullarının istehsalı, telekommunikasiya, sığorta, mehmanxana işi, sağlamlıq-istirahət mərkəzləri, inşaat, daşınmaz əmlak və onun idarə edilməsi, reklam xidməti, kənd təsərrüfatı məhsulları istehsalı, restoran servisi, eləcədə səyahət sahələrində fəaliyyət göstərən şirkətlər aiddir.