Redaksiyamıza müraciət edən 3-cü qrup əlil Qədirov Səyyad Arif oğlu Xocəsən bələdiyyəsinin sədrindən giley edir. Narazı vətəndaşın DİA.AZ-a söylədikləri:
“Bu gün hər kəs çətinliklə dolanır. Eləcə də mən. 3-cü qrup əliləm və qəzet yayımı sahəsində çalışıram. 11 il əvvəl birtəhər imkan edib Sulutəpədə Xocasən bələdiyyəsinin binasından 300-400 metr yuxarı məsafədə torpaq sahəsi aldım. Amma həmin ərəfədə torpaq shaəsi neftli əraziyə düşdüyündən heç cürə nə sənəd ala bildim, nə də hansısa inşaat işlərini həyata keçirməyimə imkan verdilər.
Yalnız bir neçə il əvvəl ora daş tökdüm, amma həmin zaman da o vaxtkı bələdiyyə sədri mənim yerimi satmağa qalxdı, arada mübahisə yarandı. Sonradan mətbuata müraciət etdiyimdən bələdiyyə sədri geri çəkildi və mənə yaxşılıq olsun, məni razı salsın deyə öz daşlarımdan hasar hördürdü. Şünki onun bu hərəkətindən baş prokurorluğa şikayət edəcəyimi demişdim”.
Qədirov Səyyad Arif oğlu
Daha sonra narazı vətəndaş dia.az-a bildirir: “İndi isə Samir adlı birisi meydana çıxaraq Xocasən bələdiyyəsinin sədri Anar müəllimlə əlbir olub mənim torpağımı ələ keçriməyə çalışır. Hətta ortaya saxta sənədlər də çıxarıb ki, bu saxta sənədləri Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları araşdırsa, təkcə Samir yox, elə Anar müəllimin özü də hüquq-mühafizə orqanları qarşısında dayanmalı olacaq. Bunu artıq onlara demişəm”.
Torpağını əlindən almaq istəyənlərlə bağlı daha geniş faktları təqdim edəcəyini bildirən 3-c qrup əlil vətəndaşımız dia.az-a onu da bildirir ki, hətta bu gün həmin torpaq sahəsinin yanında ev tikən digər sakinlər də ərazinin sahibi kimi hansısa Samiri və yaxud da bir başqasını yox, məhz onu tanıyırlar: “Mən nə edə bilərdim ki, həmin aman neftli torpağa sənəd verilmirdi. Bu adam isə giya o zaman sənəd alıb. Gözünün işinə qədər yalan danışır və maləsəf ki, bu yalana da bələdiyyə sədri də şəriklik edir.
Qonşuların təsdiqlədiyi sənəd
Mənim isə şahidlərim qonşulardır və mən də onların imzaları ilə haqqımı təsdiqlədib təqdim edirəm. İnanıram ki, Binəqədi rayon icra başçısının bu özbaşınalıqdan xəbəri yoxdur və mənim torpağımı zəbt etmək istəyənləri icra başçısı Xaləddin müəllim durduracaq”.
Dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq. Mövzu duqqətimizdədir.