Qlobal və regional səviyyədə mürəkkəb siyasi- iqtisadi proseslərin hökm sürdüyü, iqtisadiyyata xarici neqativ təsirlərin gücləndiyi indiki şəraitdə sahibkarlığın inkişaf mühüm önəm daşıyır
Prezident İlham Əliyevin iqtisadi islahatlar paketi çərçivəsində son illərdə sahibkarlığın inkişafı ilə bağlı imzaladığı mühüm sənədlər strateji əhəmiyyət kəsb edir.

Dövlət başçısının qeyd etdiyi kimi, sahibkarlığın inkişafı Azərbaycanın ümumi tərəqqisinin əsas şərtidir. Ona görə də iş adamlarına maksimum sərbəstlik verilməlidir və verilir.

Son vaxtlar qəbul edilən qərarlar sahibkarlığın inkişafında nəzərə çarpan süni əngəllərin aradan qaldırılması məqsədi daşıyır.

Bu gün ölkədə aparılan hər bir iqtisadi islahatın kökündə sosial problemlərin aradan qaldırılması, məqsədi dayanır.

Prezidentinin dərin iqtisadi islahatlar paketi çərçivəsində biznes mühitinin yaxşılaşdırılması, lisenziya tələb olunan fəaliyyət növlərinin sayının 59-dan 37-yə endirilməsi mühüm qərarlardır.
Vergilər naziri Fazil Məmmədov, kənd təsərrüfatı naziri Heydər Əsədov və Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev istədiyi kimi sərbəst fəaliyyət göstərə bilmir.

Dövlət nümayəndələri tərəfindən sahibkarlara qarşı nə qədər böyük ədalətsizliklər edilib. Onlara qarşı əsassız tələblər irəli sürülüb. Onların əmlakı bəzi hallarda əllərindən alınıb.

Onlardan külli miqdarda rüşvət alınıb, bəzi hallarda reketlik edilib. Ona heç rüşvət də demək olmaz. Rüşvət o vaxt verilir ki, kimsə nə isə etmək istəyir, işi asanlıqla getsin deyə rüşvət verir.

Prezident təkcə son bir il ərzində Nazirlər Kabinetinin iclasında həmin məmurlara üzünü tutaraq ciddi xəbərdarlıq etdi ki, əl çəkin bu əməllərinizdən, sahibkarları incitməyin.

Amma nə faydası, onlar nəticə çıxarmırdılar. Sanki Prezident korrupsiyaya qarşı təkbaşına mübarizə aparmalı olmuşdu. Nəhayət, bıçaq boğaza dirəndi, səbri tükənən ölkə başçısı neylədi: son sərt addımını atdı. İndi nazirlərin səsi də çıxmır.

Eldar Mahmudovun, Fazil Məmmədovun və onların yolunu tutan digər nazirlərin də nahaq işi, əməli yerdə qalmayacaq. Ona görə ki, hamı bilsin, prezident artıq səbrinin tükəndiyini bəyan etdi, sərt addımlar atılmaqdadır. ulus.az

Paylaş