Eldar Quliyev həm rektor həm də millət vəkilidir
Eldar Allahyar oğlu Quliyev -Azərbaycan Respublikası Milli Məclisinin Deputatı, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı – “Azərittifaq”ın sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru.
Əslində qəribə səslənir. Həm rektor, həm də millət vəkili. Bununla yanaşı ölkənin ən böyük topdansatış mərkəzi sayılan “Azərittifaq”ın rəhbəri. Qanunlar rektor olan şəxsin millət vəkili olmasını qadağan etdiyi zaman Eldar Quliyevin iki adı daşımasına nə deyək?. Ola bilsin ki, Eldar müəllim üçün bu ölkənin qanunları önəm kəsb etmir və onun bu gün rəhbəri olduğu Universitetdə baş verən rüşvətxorluq kimlərinsə maraqlarına xidmət etdiyindən susmağa üstünlük verilir.
Eldar Quliyevin “Azərittifaq”-ın sədri kimi qanunsuz fəaliyyətindən və Dövlətə vurduğu küllü-miqdarda ziyandan yazmazdan öncə rəhbəri olduğu Azərbaycan Kooperasiya Universitetində yaratdığı özəl qaydalardan bəhs edək. Rektor və deputat universitetdə əməlli başlı “bazar” açıb. Realliq.info – nun araşdırmasına görə təhsil ocağı adlandırdığımız Universitetdə tələbələr imtahanların və diplom işinin qiymətini yaxşı bilirlər. Hər imtahana görə tələbələrdən 100 manat tələb olunur. Maraqlıdır ki, imtahanlarda iştirak etməyən tələbə Eldar müəllimin tətbiq etdiyi özəl qaydalara riayət edib tələbləri yerinə yetirsə, yəni istənilən rüşvəti versə istəyinə çata bilər.
Universitetdə Azərbaycan qanunları işləmir. Hamı rektorun qaydaları ilə idarəetməni həyata keçirir. Universiteti bitirmək üzrə olan tələbələr isə daha çox xərcə düşməyə məhkumdurlar. Biznesmen deputat və rektor Eldar Quliyevin tələbi ilə “Diplom işi”nə nə az nə çox 1500 manat rüşvət tələb olunur və bu tələbi yerinə yetirməyən tələbə “PROFOSSORUN” qəzəbinə tuş gələ bilər. Məhz bu səbəbdən hazırda universitetdə etirazlar coşmaqdadır. Bu etirazlar aidiyyatı qurumları və ölkədə təhsil sistemini iflic edən Təhsil nazirliyini görünür narahat etmir.
Azərbaycan Kooperasiya Universitetində baş verən özbaşınalıqlar bunlarla bitmir. Realliq.info – nun əməkdaşının tələbələrlə söhbəti zamanı aydın olub ki, universitetdə müəllimlər imtahanlar zamanı qarşıya qoyulan tələblərin rektorun tapşırığı əsasında həyata keçirildiyini açıq ifadə etməkdən çəkinmirlər. Eldar müəllimin istəklərini icra edən dekanlar və kafedra müdirləri tələbələri “soymaqla” məşğuldurlar. Lakin, rektorun millət vəkili və bəzi şəxslər kimi toxunulmaz statusda olması qanunların bu təhsil ocağında önəm daşımadığı anlamına gəlir. Suallar Təhsil nazirliyinə ünvanlansada cənab nazir Mikayıl Cabbarovun baş verənlərdən xəbərsiz olduğuna inanmaq çətin gəlir. Hamının “yeni bazar“ kimi tanıdığı universitetdə baş verən rüşvətxorluğun səbəbkarları sırasında Təhsil nazirinin də adını qeyd etmək olar.
Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyevin qanunsuz əməlləri və fəaliyyəti ilə bağlı Realliq.info-nun araşdırmaları davam edir. Millət vəkili həm də qanunsuz olaraq rektor kimi fəaliyyətini davam etdirəm E.Quliyevin qaranlıq əməlləri barədə yaxın zamanda ətraflı məlumat verəcəyik.
Mövzuya qayıdacağıq.
Realliq.info