Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın son iki qalmaqaldan yaxasını qurtara bildiyi xəbəri yayılıb

Komitə sədri 150 minlik rüşvət skandalı və uşaq oğurluğu ittihamı başağrısından canını xilas edib. Hər iki hadisədə H.Hüseynovanın adı keçirdi.

Bu qalmaqallarda onun birbaşa iştirakı olmasa da, adının mediada hallanması reputasiyasını zədələyirdi, eləcə də yuxarı dairələr tərəfindən diqqət mərkəzinə düşürdü.

Bakı şəhər sakini Eynur Kərimovun 170 min dollarının Ailə, Qadın və Uşaq Probemləri üzrə Dövlət Komitəsinin rəsmiləri tərəfindən mənimsənilməsi ilə bağlı qalmaqal uzun müddət davam elədi.

O, həqiqətən də hazırda ölkədə olmayan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sabiq Aparat rəhbəri Səfər İmanov vasitəsilə komitə sədri Hicran Hüseynovaya rayon icra hakimiyyəti başçısının müavini vəzifəsinə təyin olunması üçün 170 min dollar verib.

Səfər İmanov müvəkkilimlə video danışıqlarında təsdiq edib ki, həmin 170 min dolları Hicran Hüseynovanın tapşırığına görə Eynur Kərimovdan alıb. Lakin komitə sədri bunu iftira olduğunu bildirdi və məsələ bağlandı.
omitə sədrinin başı bu dəfə Dubay Əmirliyində bankda işləyən Qırğızıstan vətəndaşı Merim Beishekeyevanın Azərbaycan vətəndaşının onun azyaşlı övladını oğurlamaqda suçlamasına görə ağrayıb.

İşdə komitənin vəzifəli şəxsinin adı “çirkli pul” yuyulmasında keçir. Amma komitə ittihamların üzərindən sükutla keçib və heç bir münasibət bildirməyib.
Merim Beishekeyeva bu ilin fevralında Bakıda olub, bir çox dövlət qurumlarına müraciət edib. Ölkə başçısına, baş prokurora, Milli Məclisin sədrinə, ombudsmana, AQUP DK-nın sədrinə müraciətlər ünvanlayıb.

Şəhadətnamə alınarkən Merim Beishekeyeva qızı ilə Amerikada, Davud Bağırov isə Dubayda olublar. Merim Beishekeyeva uşağı dünyaya gətirənə qədər D.Bağırovla Bakıdan 2012-ci ilin sentyabrında çıxıblar aylar sonra -2013-cü ilin aprelində Bakıya gəliblər.

Nümayəndə sual edir: Merim Beishekeyeva və Davud Bağırov Azərbaycanda olmadıqları halda həmin doğum şəhadətnaməsini necə verilib və ya alınıb?
Komitə sədrinin adının bir neçə dəfə ardıcıl qalmaqallarda keçməsi yuxarı eşelonda birmənalı qarşılanmayıb. H.Hüseynova hər iki hadisədən xətasız çıxmağı bacarsa da, reputasiyasına ciddi zərbə dəyib. ulus.az

Paylaş