Əgər pul nödəməsəz sinif rəhbəriniz istədiyiniz müəllimə olmayacaq….

Reportyor.tv-yə daxil olan məlumata əsasən Abşeron rayonu Xırdalan şəhərində yerləşən 3 saylı orta məktəbində şagirdlərə direkror tərəfindən müəllimə satışı elan olunub. Belə ki, əgər ibtidai sinifdən çıxan şagirdlər üçün hansısa müəllimənin onlara sinif rəhbəri olması üçün aksion keçirilir. Müəllimələr direktor Sevinc Əliyeva tərəfindən qiymətləndirilir. Hər müəllimənin Sevinc Əliyeva tərəfindən qiyməti müəyyənləşdirilib. Əgər valideyinlər uşaqlarını hər hansısa istədikləri bir müəllimənin sinifinə qoymaq istəyirsə hər şagird üçün 10 manatdan qiymət hesablanır.  Əgər bu qiymət ödənilməzsə onda o, şagird Sevinc Əliyevanın hesablaması ilə ən axırıncı müəllimənin sinifində dərs almalı olur. Belə qənaətə gəlmək olur ki, Mikayıl Cabbarovun rəhbərlik etdiyi təhsil bərbat vəziyyətdədir. Çün ki, Mikayıl Cabbarovun rəhbərlik etdiyi Təhsil Nazirliyi Sevinc Əliyeva kimi məktəb direktorları üçün bazara çevirilib
Ardı var. Qarşı tərəfin mövqeyin dərc etməyə hazırıq

KORRUPSİYA.AZ

Paylaş