Paytaxtın Suraxanı rayonu, 278 saylı orta məktəbdə kütləvi zəhərlənmə olub. Bu barədə Anaxeber.az-a məktəbdən verilən məlumata görə, zəhərlənməyə səbəb “Oba” marketdən alınmış “Vesley bello” şokoladları olub.
Məktəbdə zəhərlənən şagirdlər xəstəxanaya çatdırılıb. Əməkdaşımız məktəb direktoru ilə görüşmək istəsə də, onun da xəstəxanada olduğu bildirilib. Şagirdlərin aldığı şokoladın vaxtı keçmiş məhsul olduğu müəyyən edilib. “Oba” marketdə köhnə məhsulların satışı ilk dəfə deyil. Dəfələrlə şikayətlər olub.

Paylaş