ARDNŞ-nin struktur bölmələrindən olan “KQİ” tresti (Kompleks Qazma İşləri Tresti) ilə bağlı internet üzərindən araşdırma apardıq. Araşdırma zamanı məlum oldu ki, başında İsgəndər Şirəliyev adlı bir neftçi-mütəxəssisin olduğu bu təşkilat ailə qurumuna çevrilib.Məsələm ixtisar prosesi heç də ARDNŞ rəhbərliyinin əmr-qərarına uyğun aparılmır, ədalət prinsipi kobudcasına pozulur, haqq-ədalət qohum, dost və fərdi maraqlara qurban verilir. Bu da sonda vətəndaşlarımızın ümumilikdə ARDNŞ rəhbərliyindən və dövlətimizdən narazı qalması ilə nəticələnir. Belə ki, trest daxilindəki mənbənin verdiyi məlumata görə; “Neft Şirkətində pensiya yaşına çatmış insanlar müavinət ödənilməklə işdən çıxarıldığı halda, İ. Şirəlinin pensiya yaşını çoxdan ötmüş qohumu ilbəil işdə saxlanılır, üstəlik ixtisasca neftçi olmayan və neft sənayesindən başı çıxmayan bir qohumu üçün idarədə “məsləhətçi” ştatı açdırmaqla onu ixtisarlardan “qoruyur”. Bundan əlavə, ali təhsili olmayanların mühəndis-texniki vəzifədə işləməsi ARDNŞ rəhbərliyinin əmri ilə yasaq olduğu halda, İ.Şirəliyə yaxın olan adamlar ali təhsili olmadan da mühəndis vəzifəsinə təyin edilir. Yetər ki, bu orta təhsilli şəxs İsgəndər Şirəlinin qohumu olsun. Bundan başqa,Trest daxilindəki mənbə qeyd etdi ki, Trestin rəhbərliyi maliyyə haqq-hesabında da ARDNŞ rəhbərliyini aldadır. Belə ki, guya iş görüldü və bu işə xeyli vəsait xərcləndi deyə, aktlar hazırlanır, pullar silinir. Lakin əslində ortada heç bir iş yoxdur. Mənbə bunun sübutu kimi bir neçə sənədin kserosurətini təqdim etdi. Bu sənədlər bir neçə istismar quyusunun tikintisi və yolun çəkilməsinin başa çatdığını göstərən AKT-lardı. Daha dəqiq desək, bu aktlar Trestə aid olan Cəfərli sahəsində yerləşən 37 nömrəli istismar quyusunun, Lökbatan sahəsindəki 1533 və 1535 nömrəli istismar quyusunun və Buta sahəsindəki 1770 nömrəli istismar quyularının meydançalarının və yollarının tikintisi haqqında aktdır. Quyu tikintisi dedikdə neft quyusu qazılacaq yerin buruq quraşdırılması üçün hazırlanması və ehtiyac olduğu halda buraya gələn yolun gediş-gəliş üçün təmir olunması nəzərdə tutulur. Mənbə deyir ki, burada xərclər ən azı 10 dəfə şişirdilmiş şəkildə göstərlib. Belə ki; Cəfərli sahəsindəki 37 nömrəli quyunun meydança və yolunun tikintisinə çəkilən xərclər: 45900 (qırxbeş min doqquz yüz) manat, Lökbatan sahəsindəki 1533 nömrəli quyunun meydança və yolunun tikintisinə çəkilən xərclər:71500 (yetmişbir min beş yüz) manat, həmin sahədə 1535 nömrəli quyunun meydança və yolunun tikintisinə çəkilən xərclər: 56844 (əllialtı min səkkiz yüz qırxdörd) manat və Buta sahəsindəki 1770 nömrəli quyunun meydança və yolunun tikintisinə çəkilən xərclər: 49079 (qırxdoqquz min yetmişdoqquz) manat göstərilib. Dörd quyunun meydança və yolunun tikintisinə çəkilən xərclər isə ümumilikdə: 223, 323 min manat göstərilib. “Uzun zaman bu sahədə çalışan mütəxəssis kimi bütün adı çəkilən quyularda olmuşam. Bu sahənin mütəxəssisi kimi deyə bilərəm ki, o yerlərə, yəni buruq yerinin hazırlanmasına və yolun təmirinə heç aktda göstərilən məbləğin 10 faizi qədər pul xərclənməyib. Bir çoxunda saxta aktlar tərtib olunsa da yol yerli-dibli çəkilməyib, sadəcə olaraq pullar silinib. Bütün bu aktlar tərtib olunandan sonra ona trestin müdiri İskəndər Şirəli şəxsən imza atıb. Ola bilməz ki, neftçi mütəxəssis kimi o, aktda göstərilən məbləğin gerçək xərcləri əks etdirmədiyini bilməsin. İnanmırsınızsa araşdırma apara bilərsiniz. Əminəm ki, ciddi və dəqiq yoxlama aparılarsa “KQİ” trestinin ağlasığmaz həddə yeyintilərə yol verməsi faktları üzə çıxacaq” –deyə mənbə qeyd etdi. Sonda bildirmək istəyirik ki,Kompleks Qazma İşləri Trestinin rəisi İsgəndər Şirəliyevin Gülən camaatı ilə əlaqədə olduğu iddia edilir.

Xeberdar.net
KQİ-də göyə sovrulan milyonlar-ARAŞDIRMA
KQİ-də göyə sovrulan milyonlar-ARAŞDIRMA

Paylaş