Göyçayın baş baytarı Ağadadaş Hacıyev rayondakı bazarlardan birinə girərək qatıq, süd, pendir, şor və s. ağartı məhsullarının satışına fantastik bəhanələrlə qadağalar qoyub…
Bu haqda hüquq müdafiəçisi Taleh Xasməmmədov Feysbukda məlumat yayıb.
Onun sözlərinə görə, baş baytar kəndlərdən satış məqsədilə gətirilən süd məhsulları ilə bağlı heyvanların sağlamlığı barədə arayış tələb edib.
“Diqqət edin ki, məmur azğınlığı hansı həddə çatıb ki, səfalət içində yaşayan insanları belə soymaqdan, onlara əziyyet verməkdən çəkinmirlər. Yazıq camaat bəs necə qazansın, nə yesin, nə içsin?”-deyə müəllif sual edir.
Mətbuatda dərc olunmuş yazılarda iddia olunur ki, Göyçay Rayon Baytarlıq Xidmətinin rəisi Ağadadaş Hacıyev vəzifə səlahiyyətlərindən sui-istifadə edib öz şəxsi maraqlarına görə qanunsuz və qərəzli olaraq 15 il qanuni fəaliyyət göstərən, 3 ailənin yeganə qazanc yeri olan baytarlıq aptekimizi bağlatdırmışdı.
Göyçay rayon ərazisində Ağadadaş Hacıyevə məxsus çoxlu sayda baytarlıq apteki var ki, hamısı tam qanunsuz fəaliyyət göstərir.
Ağadadaş Hacıyevin Orxan adlı oğlunun adı Göyçay rayon Baytarlıq Xidməti İdarəsində işçi kimi qeyd edilsə də o, rayon mərkəzində baytarlıq apteki işlədir, ancaq onun baytar ixtisası yoxdur.
Göyçay rayonu Nizami küçəsi ərazisində yerləşən baytarlıq aptekini Nuru adlı qaynı işlədir ki, onun da baytarlıq ixtisası yoxdur. Göyçay rayonunda paltar bazarının yaxınlığındakı aptek də qanunsuz fəaliyyət göstərir.
Ağadadaş Hacıyevin qardaşı Qiyasa məxsus olan Göyçay rayonu R.Rza küçəsi və Kolxoz bazarı ərazisində yerləşən baytarlıq apteklərində də baytarlıq ixtisası olmayan şəxslər işləyir ki, bu ciddi qanun pozuntusudur, saxtakarlıqdır.
Qiyas Hacıyevə məxsus Ucar rayonu Müsüslü kəndində yerləşən quşçuluq broylerində antisanitariya, qanunsuzluq baş alıb gedir.
Ağadadaş Hacıyevin Rahim adlı qaynına məxsus Göyçay rayonunda qırmızı körpünün yaxınlığındakı ət kombinatında xəstə mal-qara kəsilərək birbaşa satış nöqtələrinə gətirilir və möhür də bazarda vurulur.
Hansı ki, qanuna əsasən mal-qara kəsilərkən elə oradaca labarator analiz edilib, möhür vurulub sonra satış nöqtələrinə paylanmalıdır.
Bütün bunlar Göyçay Rayon Baytarlıq Xidmətinin rəisi Ağadadaş Hacıyevin vəzifə səlahiyyətlərindən sui-istifadə edib yaratdığı korrupsiya şəbəkəsinin nəticəsidir.
O, Göyçay rayonunda baytarlıq xidmətini tam inhisarına alıb özbaşınalıqla, saxtakarlıqla məşğuldur ki, bu cinayət əməlidir.
Korrupsioner Ağadadaş Hacıyevə məxsus Göyçay rayonunun mərkəzində, Qarabaqqal və Çayarxı kəndlərində möhtəşəm villaları, Konyak zavodun yaxınlığında böyük ticarət obyektini , İsmayıllı rayonunda 1000 başdan çox qoyun sürüsü olan fermasını, 100 hektarlarla torpaq sahələrini hamısı çirkli pullarla əldə etmişdir.ULUS.AZ